Səyahətdə internetsiz qalma, səfər sığortası al!
30 aprel 2026-cı il tarixinədək sığorta haqqına uyğun olaraq hədiyyə internet həcmi aşağıdakı kimidir:
| Sığorta haqqı | Hədiyyə internet həcmi |
|---|---|
| 10 AZN-dən çox | 1 GB |
| 15 AZN-dən çox | 3 GB |
Səyahətini onlayn sığortala, bütün dünyanı rahat gəz!
Standart | Premium Ən çox satılan | |
|---|---|---|
| Təminat məbləği | 30 000€ | 30 000€ |
| Tibbi xərclərin qarşılanması (COVID - 19 təminatı daxil) | ||
| Repatriasiya xərcləri | ||
| Qəzanın səbəb olduğu diş travması ilə bağlı xərclər | ||
| Hamiləliklə bağlı həyati təhlükə halları | ||
| Baqajın itməsi və ya zədələnməsi | ||
| Təcili məlumatların ötürülməsi | ||
| Sığorta olunanın yaxın qohumunun nəqliyyat və oteldə qalma xərcləri |
Sığorta oluna şəxs ölkədə kənarda olarkən sığorta şəhadətnaməsi əldə edə bilər.Sığorta şəhadətnaməsini qüvvəyə minmə tarixində Azərbaycan Respublikasının sərhədlərindən kənarda da ola bilər. Məhdudiyyət yalnız Rusiya və Türkiyə üzrədir. Bu ölkələr üzrə sığorta şəhadətnaməsini almaq istəyən şəxs ölkəyə daxil olmamışdan öncə sığorta şəhadətnaməsini əldə etməlidir.
Ölkəxarici səyahət sığortasını Azərbaycan Respublikası sərhədləri daxilində olan şəxslər (vətəndaşlığından asılı olmayaraq) əldə edə bilər. Qeyd edıək ki, sığortanı əldə edəcək şəxs vətəndaşı olduğu ölkəyə təminat əldə edə bilməz. Məsələn, Pakistan vətəndaşı Pakistana səfər üzrə təminat əldə edə bilməz.
Bəli. Səyahət sığortasını yaşı 79-a kimi olanlar əldə edə bilərlər (79 yaş daxil olmaqla). 80 yaş və üzəri şəxslərə səyahət sığortası yazılmır və təminat verilməməkdədir. 75-79 yaş arasında olan sığorta olunanlara yalnız qəza halında təminat verilir.
Səyahət sığortası maksimum 365 gün (1 il) müddətində təqdim oluna bilər. Sığorta olunan iki illik sığorta şəhadətnaməsi istərsə, bu halda 2 ədəd 1 illik sığorta şəhadətnaməsi yaza bilərsiniz.
Xeyr, səyahət sığortası üzrə şərtsiz azadolma tətbiq edilmir.
Mobil telefonun kamerasını QR koda yaxınlaşdırdığınız zaman ekranda link əks olunur və bu linkə keçid etdikdə sığorta şəhadətnaməsi üzrə vacib məlumatlar telefonunuzun ekranında əks olunacaqdır. Bu funksianallıq sığorta olunanların özləri, sənədin təqdim ediləcəyi Konsulluq, Miqrasiya xidməti və s. tərəfindən rahatlıqla istifadə edilməkdədir.
Sığorta olunan baqaj itməsi və ya zədələnməsi hallarında ilk olaraq hava limanını tərk etmədən uçuş etdiyi hava yolları şirkətinin əməkdaşına məlumat verməli və hadisə üzrə akt tərtib etdirməlidir.
Ölkəxarici səfər sığortası üçün 4 təminat sahəsi mövcuddur:
1. Dünya üzrə – Adından da göründüyü kimi, bu təminat bütün dünya ölkələrini əhatə edir.
2. Dünya üzrə (ABŞ, Kanada, Yaponiya və Avstraliya istisna olmaqla) – Adı çəkilən 4 ölkəni istisna etməklə, dünyanın digər bütün ölkələrini əhatə edir.
3. Türkiyə, MDB ölkələri, Gürcüstan, Ukrayna, BƏƏ – Bu təminata Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Moldova, Gürcüstan, Ukrayna və BƏƏ əmirlikləri (Əbu-Dabi, Dubay, Şarca, Umm əl-Qüvəyn, Ras əl-Xayma, Əcman və əl-Fuceyra) daxildir.
4. Şengen – Aşağıda qeyd olunan Şengen ölkələri üçün təminat verilir: Avstriya, Belçika, İtaliya (Malta), Norveç, Latviya, Litva, Estoniya, Polşa, Yunanıstan, Almaniya, Çexiya, İsveçrə, Finlandiya, İsveç, Danimarka, İslandiya, Sloveniya, Slovakiya, Macarıstan, Fransa, Portuqaliya, İspaniya, Lüksemburq, Niderland və Xorvatiya. Qeyd edək ki, səyahət sığortası alarkən yalnız bu istiqamətlərdən biri seçilə bilər.
