Tələblərinizə və büdcənizə uyğunlaşdırılmış sağlamlıq sığortası xidməti ilə ölkə üzrə etibarlı və qabaqcıl tibb müəssisələrində keyfiyyətli tibbi xidmətə çıxış imkanı yaradaraq sağlam və məhsuldar iş mühiti qurmağınıza dəstək oluruq. Əgər digər məhsullar sizə uyğun deyilsə, narahat olmayın, sizin ehtiyaclarınıza uyğun xüsusi təklif hazırlaya bilərik.
Bəli, müvafiq sığorta haqqı ödənilməklə istənilən təminatı müqaviləyə əlavə etmək mümkündür. Bunun üçün Sizi kurasiya edən sığorta əməkdaşına müraciət edə bilərsiniz.
Könüllü sağlamlıq sığortası ilə siz əməkdaşlarınızın və onların ailə üzvlərinizinin sağlamlığını sığortalaya bilərsiniz.
Könüllü sağlamlıq sığortasının müddəti adətən 12 ay təşkil edir.
Siz sağlamlıq sığortası təminatınızla "PASHA Insurance" mobil tətbiqi vasitəsilə tanış ola bilərsiniz. Eyni zamanda, şirkətiniz sığorta ilə əlaqəli məsul şəxsindən də təminatınızla bağlı məlumat ala bilərsiniz.
Siz 2 yolla həkimin qəbuluna yazıla bilərsiniz: "PASHA Insurance" mobil tətbiqi vasitəsilə və ya *7000 çağrı mərkəzimizlə əlaqə yaradaraq.
PAŞA Sığortanın əməkdaşlıq etdiyi qabaqcıl özəl klinikalarda və tibbi müəssisələrdə təminat ala bilərsiniz. Klinika və aptek siyahısı ilə "PASHA Insurance" mobil tətbiqi vasitəsilə tanış ola bilərsiniz. Həmçinin, qeyd olunmuş linkə keçid edərək klinika siyahısını əldə edə bilərsiniz: https://www.pasha-insurance.az/az/tibbi-xidmetler/klinikalar
