Ölkəxarici Səfər Sığortası
Tibbi yardımdan baqaj itkilərinə, uçuş ləğvlərindən digər gözlənilməz hadisələrə qədər! Səfər sığortası ilə hər anını təhlükəsiz və rahat yaşayın.
Onlayn əldə et!

Ölkəxarici səfər sığortası

Xaricə səfər planlayırsınız? İstiqamətiniz hara olursa-olsun, səyahət sığortanızı öncədən onlayn əldə edin və tibbi xərclər də daxil olmaqla gözlənilməz xərclərinizi biz qarşılayaq.

Səyahət sığortasını onlayn əldə edin, 1 GB internet hədiyyə qazanın!

31 oktyabr 2026-cı ilədək veb-sayt və “PASHA Insurance” mobil tətbiqindən 20 AZN və daha yüksək məbləğdə səyahət sığortası alan müştərilərə 1 GB xaricdə internet hədiyyə edilir.

Səyahətinizi onlayn sığortalayın, bütün dünyanı rahat gəzin!

İstirahətin dadını rahat çıxarasınız deyə öncədən sığortalanın!
"Standart" paket ilə sadə təminatları, "Premium" paket ilə isə tam rahatlıqla əldə edə bilərsiniz.
Standart
Premium
Ən çox satılan
Təminat məbləği

30 000€

30 000€

Tibbi xərclər (COVID - 19 daxil)
Repatriasiya xərcləri
Qəzanın səbəbilə diş travması xərcləri
Hamiləliklə bağlı həyati təhlükə halları
Baqajın itməsi və ya zədələnməsi
Təcili məlumatların ötürülməsi
Yaxın qohumun nəqliyyat və oteldə qalma xərcləri

Səyahət sığortası ilə səfərinizi güvənlə planlayın

Xaricə səfər zamanı səyahət sığortası qəfil xəstəlik, bədbəxt hadisə, tibbi yardım və digər gözlənilməz risklərlə bağlı xərclərə qarşı təminat yaradır. Səyahət sığortasının qiyməti səfərin müddəti,səyahətə gedilən ərazi, yaş və paketdən asılı olaraq dəyişir.

Gürcüstan, Şengen ölkələri və digər xarici istiqamətlərə səfər üçün səyahət sığortasını onlayn əldə edə bilərsiniz. Səfərinizə uyğun təminat ərazisini və paketi seçərək alışınızı rahatlıqla tamamlayın.

Sizi maraqlandıra biləcək suallar
Səyahət sığortası haqqında sizi maraqlandıra biləcək sualları bir araya yığdıq.
Gürcüstana səfər üçün səyahət sığortası əldə edə bilərəm?

Bəli. Gürcüstana səfər üçün səyahət sığortasını bir neçə dəqiqə ərzində onlayn əldə edə bilərsiniz. Qiymətlər gündəlik 2 AZN-dən başlayır.

Gürcüstana səyahət sığortasının qiyməti nə qədərdir?

Gürcüstana səyahət sığortasının qiyməti səfərin müddəti və digər sığorta şərtlərindən asılı olaraq dəyişir. Qiymətlər gündəlik orta hesabla 2 AZN-dən başlayır.

Səyahət sığortası nə zaman əldə olunmalıdır?

Səyahət sığortasını səfərdən əvvəl və ya xaricdə olduğunuz müddətdə əldə edə bilərsiniz.

Səyahət sığortası üçün yaş limiti varmı?

Bəli. Səyahət sığortasını 79 yaş daxil olmaqla əldə etmək mümkündür. 75–79 yaş aralığında olan şəxslərə yalnız qəza halları üzrə təminat verilir. 80 yaş və yuxarı şəxslər üçün səyahət sığortası təqdim edilmir.

Səyahət sığortasında şərtsiz azadolma varmı?

Xeyr. Səyahət sığortası üzrə şərtsiz azadolma tətbiq edilmir.

Səyahət sığortası hansı ölkə və əraziləri əhatə edir?

Səyahət sığortası üçün 4 təminat ərazisindən birini seçə bilərsiniz:

1. Dünya üzrə — bütün dünya ölkələrini əhatə edir.

2. Dünya üzrə (ABŞ, Kanada, Yaponiya və Avstraliya istisna olmaqla) — qeyd olunan 4 ölkə istisna olmaqla digər dünya ölkələrini əhatə edir.

3. Türkiyə, MDB ölkələri, Gürcüstan, Ukrayna və BƏƏ — Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Moldova, Gürcüstan, Ukrayna və BƏƏ-ni əhatə edir.

4. Şengen — Avstriya, Belçika, İtaliya, Malta, Norveç, Latviya, Litva, Estoniya, Polşa, Yunanıstan, Almaniya, Çexiya, İsveçrə, Finlandiya, İsveç, Danimarka, İslandiya, Sloveniya, Slovakiya, Macarıstan, Fransa, Portuqaliya, İspaniya, Lüksemburq, Niderland və Xorvatiyanı əhatə edir.

Səyahət sığortası əldə edərkən səfərinizə uyğun təminat ərazilərindən biri seçilməlidir.

Sığortanız telefonunuzda!
Yenilənmiş tətbiqimizlə sığortanızı telefondan asanlıqla idarə edə bilərsiniz. QR kodu skan edin.
Səyahət Sığortası | Onlayn əldə et – PAŞA Sığorta