Avtomobilini sığortala, bütün yollarda rahat ol!
Ekstra 29 29 AZN İllik | Ekstra 50 50 AZN İllik | Ekstra 80 80 AZN İllik | |
|---|---|---|---|
| Üçüncü şəxslər qarşısında icbari mülki məsuliyyət sığortasında əmlaka dəyən zərər üzrə əlavə təminat | 5000 AZN | 6000 AZN | 6000 AZN |
| Sürücü və ya sərnişinlərin həyat və sağlamlığına dəyən zərərə görə təminat | 25000 AZN | 25000 AZN | 30000 AZN |
Hər sığortalı il üzrə hadisə olmadıqda 5% endirim təyin olunur. Endirim İSB tərəfindən təyin olunur. Bundan əlavə avtomobilin qeydiyyat yeri, sürücülük təcrübəsi, avtomobilin istifadə məqsədi, əvvəlki il qəzanın olub-olmaması kimi amillər sığorta haqqına təsir edir.
Avtomobil idarə edən zaman hər bir kəs üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə üzləşə bilər. Bu zaman hadisənin törədilməsində təqsirli bilindiyiniz halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsınız. İcbari avtomobil sığortasının mövcudluğu Sizi bu öhdəlikdən azad edir.
İcbari avtomobil sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalıya aid edilən bütün hüquq və vəzifələr avtomobili istifadə edən digər sürücülərə də şamil edilir və hər bir sürücünün ayrıca İcbari avtomobil sığorta şəhadətnaməsinin olması tələb olunmur.
Sığorta hadisəsi nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərər görə sığorta məbləği bir hadisə üzrə 50 000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat təşkil edir.
Bonus-malus sistemi əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.
