Sığortalı ev ilə ölkəmizi yaşıllaşdır!

"Yaşıl Azərbaycan" əmlak sığortası ilə həm evini bir çox risklərdən sığortalaya bilərsən, həm də sənin adına əkiləcək 1 ağac ilə ölkəmizin yaşıllaşmasına fayda qata bilərsən.
Evini və əşyalarını sığortala, rahat yaşa!
Sənə uyğun paketi seç!
Evinin yerləşdiyi regiona uyğun olaraq istədiyin paketi seç və
onu risklərdən sığortala.
Çinar
99 ₼
İllik
Cökə
Ən çox satılan
149 ₼
İllik
Zeytun
199 ₼
İllik
İllik qiyməti

99 ₼

149 ₼

199 ₼

Daşınmaz əmlakın icbari sığortası

25 000 ₼

25 000 ₼

25 000 ₼

Daşınmaz əmlakın sığortası üzrə əlavə təminat

25 000 ₼

65 000 ₼

105 000 ₼

Üçüncü şəxslər qarşısında mülki məsuliyyət

5000 ₼

5000 ₼

5000 ₼

Daşınar əmlak (ev əşyaları)

5000 ₼

10 000 ₼

15 000 ₼

Aşağıdakı hadisələr baş verərsə, xərcləri 
biz qarşılayırıq!
Yanğın
Qaz partlayışı
Nəqliyyat vasitələrinin vurması
Oğurluq və ya qarət
Subasma
Təbii fəlakətlər
Qısaqapanma
Digər şəxsin hərəkəti

Səni maraqlandıra biləcək suallar
Sığorta haqqında səni maraqlandıra biləcək sualları bir araya yığdıq.
“Yaşıl Azərbaycan” ev sığortasında hissəvi ödəniş var?

Bəli, icbari hissəsi birbaşa ödənilmək şərtilə, “Çinar” , “Cökə” və “Zeytun” paketlərinin sığorta haqqı müvafiq olaraq 2, 3 və 4 aya hissəvi bölünə bilər.

Gəncədə yerləşən evimi “Yaşıl Azərbaycan”-ın Çinar paketi sığortalamışam. Hadisə nəticəsində evimin əşyalarına 3 000 AZN, qonşumun evinə isə 4 000 AZN-lik zərər dəyib. Nə qədər azadolma məbləği ödəyəcəm?

Daşınar əmlaka (ev əşyaları) dəyən zərər üzrə azadolma məbləği standart 100 AZN təşkil edir. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətə görə isə standart azadolma məbləği 200 AZN-dir. Deməli siz toplam 300 AZN azadolma məbləği ödəyəcəksiniz.

“Yaşıl Azərbaycan” ev sığortasının üstünlükləri nələrdir?

• Ölkəmizin yaşıllaşmasında dəstək

"Çinar", "Cökə", "Zeytun" peketlərindən hansını əldə etsən, ona uyğun olaraq sənin adına ağac əkilir.

• Evin üçün yüksək sığorta təminatı

"Yaşıl Azərbaycan" əmlak sığortası evin üçün 150 000 AZN-dək sığorta təminatı verir. Yəni evində sığorta hadisəsi baş versə, bu zərəri 150 000 AZN-dək olan hissəsini qarşılayır.

• Kirayə haqqı ödənişi

Hadisə baş verərsə və evin yaşayış üçün tam yararsız olarsa, hər bir paket üzrə müvafiq olaraq aylıq 300 AZN, 500 AZN, 700 AZN məbləğində kirayə haqqı ödənilir.

• Daha çox riskin qarşılanması

"Yaşıl Azərbaycan" əmlak sığortası icbari əmlak sığortasından fərqli olaraq oğurluq və qarət kimi hadisələrin də zərərini qarşılayır.

• Ev əşyalarının da sığortalanması

"Yaşıl Azərbaycan" əmlak sığortası nəinki evini, həm də ev əşyalarını sığortalayır. Yanğın, partlayış subasma, oğurluq və başqa hadisələr zamanı tək evinə deyil, əşyalarına da dəyən zərər biz tərəfdən ödənilir.

• Digər zərərçəkənlərin də sığortalanması

Əgər sənin evində baş verən hadisə digərlərinin də evinə və ya sağlamlığına zərər vurarsa, ödənişi qarşılanır.


Sığortanız telefonunuzda!
Yenilənmiş tətbiqimizlə sığortanızı telefondan asanlıqla idarə edə bilərsiniz. QR kodu skan edin.