Sığorta hadisəsi baş verdikdə nə etməli?


  • Sığorta hadisələrinin qaynar xəttin gecə-gündüz (24/7) fəaliyyətini nəzərə alaraq, DƏRHAL hadisə haqqında sığortaçıya məlumat verin
  • Sığorta Şirkətinin əməkdaşı ilə razılaşdırmadan sığortalı nəqliyyat vasitəsini hadisə yerindən götürməyin və hadisə yerini tərk etməyin.
  • Zəng edib hadisə haqqında səlahiyyətli dövlət orqanına məlumat verin.

Sığorta hadisəsinin tənzimlənməsi üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:

  • Sığorta olunanın sığorta hadisəsi haqqında ərizəsi;
  • Sığorta olunanın şəxsiyyətini təsdiq edən sənədlər, sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük sənədləri, sığorta olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (texniki pasportunun) surəti;
  • Müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş sənədlər;
  • Mülki Məsuliyyət sığortası müqavilələri əsasında üçüncü şəxsə ödənişin həyata keçirildiyi hallarda üçüncü şəxsin sənədləri tələb olunur.
  • Zəruri hallarda əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.

Sığorta hadisələri xətti: *7000

DİN: 102

FHN: 112