Ev əşyalarına zərər dəyməsindən qorxma!
Sadəcə mənzilini deyil, evində olan dəyərli əşyaları da sığortalamağa dəyər. Xüsusilə, bunun qiyməti illik sadəcə 20 AZN-dirsə. Beləliklə, məişət texnikan və mebelləriniz zərər görərsə, biz bu ziyanı sənin üçün qarşılayacayıq.
Bu sığorta sənin əşyaların üçündür!
Elə indi onları sığortala, qayğısız və rahatlıqla yaşa.
Paket 1

İllik sığorta haqqı 20 AZN

Sığorta təminatı 10 000 AZN

Azadolma məbləği 100 AZN

Paket 2

İllik sığorta haqqı 36 AZN

Sığorta təminatı 20 000 AZN

Azadolma məbləği 100 AZN

Əşyalarını sığortala, rahat yaşa!
Aşağıdakı hadisələr baş verərsə, xərcləri 
biz qarşılayırıq!
Yanğın
İldırım düşməsi və digər səbəblərlə evində yanğın baş verərsə
Su xəttində qəza
Borularda axan su və ya mayelər evə zərər vurarsa
Təbii fəlakətlər
Zəlzələ, fırtına, qasırğa, dolu, sel, daşqın, yer sürüşməsi və leysan olarsa
Nəqliyyat vasitələrinin vurması
Evinə nəqliyyat vasitələrinin vurması ilə zərər dəyərsə
Digər şəxsin hərəkəti
Evinə üçüncü şəxs tərəfindən qəsdən zərər vurularsa
Səni maraqlandıra biləcək suallar
Sığorta haqqında səni maraqlandıra biləcək sualları bir araya yığdıq.
Ev əşyalarının sığortasının üstünlükləri nələrdir?

Sığorta haqqı yüksək deyil - illik cəmi 20 AZN

Evdə istifadə olunan elektron cihaz, avadanlıq və mebellərinizə (daşınar əmlak) 10 000 manata kimi təminat verir.

Zərər məbləğin tez bir zamanda ödənir.


Hansı əşyalar zədələnərsə, ödəniş həyata keçirilmir?

• Kompüterlər, notebook, mobil telefonlar və s. tipli elektron cihazlar;

• Qızıl-zinyət əşyaları, pul, çeklər, veksellər və digər qiymətli kağızlar;

• Antik mebel əşyaları, rəsm tabloları və s. tipli digər dəyərli əşyalar;

• Sığortalanmış predmetlərin öz-özünə alışması, qıcqırması, çürüməsi, tədricən xarab olma, daxili çatışmazlıqlar, gizli və istеhsаlаt qüsurlar, həşəratların və parazitlərin vurduğu ziyаn, ətraf mühitin çirkləndirilməsi, təbii köhnəlmə, atmosferin rütubətli və ya quru olması, temperatur və yа rütubət dəyişikliyi, çəkinin itirilməsi, paslanma, çürümə, aşınma, rəngdə, quruluşda və iydə baş verən dəyişiklik və ya digər təbii xüsusiyyətləri;

• Mexaniki xarab olmalar, düzgün istifadə etməmə və digər bunа охşаr hаllаr;

• Sığorta müqaviləsi bağlandığı zaman sığorta obyektində mövcud olan qüsurlar, zədələr, itkilər.


İcbari əmlak sığortam var, əlavə olaraq bu məhsulu əldə edə bilərəm?

Bəli, əlavə cəmi 20 AZN ödəməklə ev əşyaların üçün 10 000 AZN məbləğində təminat ala bilərsən.

Sığortan telefonunda!
Mobil tətbiqimizi yüklə və sığortan ilə bağlı hər şeyi telefonunundan asanlıqla idarə et.