Image.png

Haqqımızda


2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. “PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş 01 iyul 2011-ci il tarixli, 000440 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

"PAŞA Sığorta" "PAŞA Maliyyə Holdinq"in tərkibindədir.


Holdinq haqqında

Missiyamız

Rəhbərlik

Struktur

Korporativ İdarəetmə

Hesabatlar

Sığorta qaydaları

Rekvizitlər



PAŞA Sığorta - Haqqımızda