Yeni ev sahibləri və evini yeniləmək istəyənlərə PAŞA Sığortadan xüsusi təklif var!

PAŞA Sığorta evinizə həm yeni əşyalar ala bilməniz, həm də evinizi və əşyalarınızı subasma, yanğın kimi hadisələrdən sığortalamağınız üçün xüsusi təklif elan edir!
Belə ki, kampaniya çərçivəsində evini sığortaladan hər kəs SevenSpace ev əşyaları mağazasından 50 AZN-dək alış-veriş kartı qazanacaq.
Kampaniya “Yaşıl Azərbaycan” əmlak sığortası və sığorta haqqı 200 AZN-dən yuxarı könüllü əmlak sığortası əldə edən müştərilərə şamil ediləcək. “Çinar” paketi əldə edənlər 30 AZN, “Cökə” paketi əldə edənlər 40 AZN, “Zeytun” paketi əldə edənlər və ya sığorta haqqı 200 AZN-dən yüksək olan müştərilər isə 50 AZN dəyərində alış-veriş kartı qazanacaqdır. Digər hər hansı endirimli təklif və ya kampaniya ilə üst-üstə düşən zaman iki fərqli endirimin və ya kampaniyanın birgə tətbiqi nəzərdə tutulmur. Belə olan halda, müştəri seçiminə uyğun yalnız bir endirim/kampaniya tətbiq oluna bilər.
Kampaniyaya müraciət üçün link: Müraciət linki
Kampaniya şərtləri ilə tanış olmaq üçün keçid edin: https://cutt.ly/kampaniya-sertler
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
