PAŞA Sığorta xarici səfər sığortasını 30% endirimlə təklif edir!

Yay gəldi, əsl istirahət vaxtıdır. Sən dəi stirahətə getməyə hazırlaşırsansa, bu kampaniya tam da sənin üçündür.
Məlumat vermək istərdik ki, onlayn satışların artırılması məqsədilə şirkətimiz səfər sığorta məhsullarına, 30% endirim kampaniyası elan edir.
Şərtlərə əsasən, 11-18 iyul tarixlərində PAŞA Sığortadan dünyanın istənilən ölkəsinə səyahət edərkən səfər sığortası əldə edəcək müştərilərə 30% endirim təklif olunur. Endirim kampaniyası yalnız onlayn store və ya tətbiq üzərindən səyahət sığortası əldə edən müştərilər üçün keçərlidir. Əlavə olaraq qeyd edək ki, 10 AZN-dən yüksək sığorta haqqı ödəyən şəxslər 1 GB, 15 AZN-dən yüksək sığorta haqqı ödəyən şəxslər isə xaricdə istifadə üçün 3GB rouminq internet hədiyyə qazanacaq.
Səyahət sığortası əldə etmək üçün linkdən istifadə edin.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
