PAŞA Sığortadan səfər sığortası üzrə yayın son endirimi!

PAŞA Sığorta güvənlə səyahət etməyi sevənlər üçün kampaniya elan edir. Belə ki, 5-31 avqust tarixlərində PAŞA Sığortadan onlayn səfər sığortasını 20% endirimlə əldə etmək mümkün olacaq. Kampaniya dünyanın bütün istiqamətləri üzrə alınan səfər sığortası üçün keçərlidir. Endirimdən yalnız onlayn sığorta əldə edən şəxslər faydalana bilər.
Qeyd edək ki, səfər sığortası əldə etdiyiniz zaman sığorta haqqı 10 - 15 AZN aralığında olduğu halda 1GB, sığorta haqqı 15 AZN-dən çox olduğu halda 3GB hədiyyə rouminq internet paketi əldə edəcəksiniz.
Səyahət sığortası əldə etmək üçün: https://store.pasha-insurance.az/travel/travel-insurance?dateFrom=&dateTo=
2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. “S&P Global Ratings” qlobal reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB+” səviyyəsində, reytinq üzrə proqnozun üzrə “Sabit”ə keçdiyini təsdiqləyib. “PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
