PAŞA Sığortadan neft sektoru əməkdaşlarına Tam KASKO sığortası üzrə 30% özəl endirim kampaniyası!

PAŞA Sığortadan neft sektoru əməkdaşlarına Tam KASKO sığortası üzrə 30% özəl endirim kampaniyası!
Dərc olunub
19 Sentyabr 2025

PAŞA Sığorta şirkəti maraqlı kampaniyalarla müştərilərini sevindirməyə davam edir. Belə ki, 19 sentyabr – 31 oktyabr tarixlərində qüvvədə olacaq növbəti kampaniyaya əsasən, ölkə iqtisadiyyatının başlıca sahələrindən biri olan neft sektorunun zəhmətkeş əməkdaşları Tam KASKO məhsulu üzrə 30% endirimdən yararlana biləcək. Qeyd edək ki, endirimdən yararlanmaq istəyən əməkdaşlar iş yerinə dair müvafiq sənəd təqdim etməklə avtomobillərini tam 30% endirimlə yol-nəqliyyat hadisəsi, kənar şəxslərin qanunazidd hərəkəti, atılmış/düşmüş əşya, təbii fəlakət və s. risklərdən sığortalaya biləcəklər.

Kampaniyaya müraciət üçün: https://cutt.ly/neftciler2025

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.