PAŞA Sığortadan avtomobil sahibləri üçün 12 saat davam edəcək xüsusi təklif!

PAŞA Sığortadan avtomobil sahibləri üçün 12 saat davam edəcək xüsusi təklif!
Dərc olunub
20 İyun 2025

PAŞA Sığorta avtomobilini sığortalamaq istəyənlər üçün qaçırılmayacaq fürsət təklif edir. Belə ki, 19 iyun tarixində saat 12:00-dan 00:00-dək müraciət edən şəxslər avtomobilini Tam KASKO sığortası üzrə 30% endirimlə sığortalayacaq.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram səhifələrindən də müraciət edə bilərsiniz.


Kampaniyaya müraciət üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://cutt.ly/WrWSSXok


Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.