“PAŞA Sığorta” və Sea Breeze arasında memorandum imzalanıb

“PAŞA Sığorta” və Sea Breeze arasında memorandum imzalanıb
Dərc olunub
15 May 2026

Daşınmaz əmlak sığortası bazarında yeni fürsətlər yaranır. Belə ki, sığorta sahəsində lider şirkətlərdən biri “PAŞA Sığorta” və müasir evlər təklif edən Sea Breeze arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanma mərasimi tərəflərin nümayəndələrinin iştirakı ilə baş tutub. Sənəd tərəflər arasında sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyət imkanlarının inkişaf etdirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində müxtəlif maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi, məlumatlandırma fəaliyyətlərinin təşkili və gələcək layihələr üzrə birgə təşəbbüslərin dəstəklənməsi planlaşdırılır.

Bununla yanaşı, qarşılıqlı razılaşma əsasında “PAŞA Sığorta” şirkətinin müştəriləri Sea Breeze tərəfindən təqdim edilən daşınmaz əmlaklar üzrə eksklüziv təkliflərdən faydalana biləcəklər. “PAŞA Sığorta” olaraq inanırıq ki, bu memorandum sayəsində müştərilərimiz üçün yeni özəl imkanlar yaranacaq.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.