PAŞA Sığorta KASKO sığortalı müştərisinə iri həcmli ödəniş etdi

PAŞA Sığorta KASKO sığortalı müştərisinə iri həcmli ödəniş etdi
Dərc olunub
21 Noyabr 2025

PAŞA Sığorta şirkəti Tam KASKO sığortalı müştərisinə 61 959 AZN sığorta ödənişi həyata keçirib. Qəza sürücünün ani diqqətsizlik səbəbindən idarəetməni itirməsi nəticəsində baş verib.

Qeyd edək ki, Tam KASKO sığortası avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşyalar, heyvanların hərəkəti, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı avtomobilə dəyən zərəri qarşılayır.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.