PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya paylaşın!

PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya paylaşın!
Dərc olunub
13 Mart 2026

Novruz və Ramazan bayramları münasibətilə tətil günləri xaricə səyahət etməyə əlverişli imkan yaradır. PAŞA Sığorta səyahətə gedən müştərilərinə hədiyyə internet paket təqdim edir!

Xarici ölkələrdə səyahət zamanı gözlənilməz hadisələr, sağlamlıqla bağlı problemlər, baqajın itməsi və sair hallar əlavə xərclərə və çətinliklərə səbəb ola bilər. Səyahət sığortası isə bu kimi hallarda maliyyə risklərinin azaldılmasına və səyahətin daha rahat davam etdirilməsinə imkan yaradır.

PAŞA Sığorta şirkətindən səyahət sığortası əldə edən müştərilərə 1GB və 3GB-lıq internet paketi hədiyyə* edilir. Bunun üçün sadəcə xaricə səyahət etməzdən əvvəl PAŞA Sığortadan 30.000 EURO* dəyərində təminatı olan səfər sığortası əldə edin.

Mobil tətbiq və ya veb-saytdan səyahət sığortası alan zaman sizə təqdim ediləcək promo kodu “Tripocell” tətbiqində aktivləşdirərək xaricdə olarkən internetdən istifadə edə biləcəksiniz.

Ətraflı məlumat üçün *7000- Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya, yaxud PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram https://www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Qeyd:

- İnternet paketlərinin həcmi səyahət sığortasının məbləğindən asılıdır və istifadə müddəti 7 gündür.

- Səyahət sığortasını əldə etmək üçün: https://store.pasha-insurance.az/travel/travel-insurance?dateFrom=&dateTo=

- İnternet paketi aktivləşdirmək üçün linkə keçid edərək videonu izləyin: https://cutt.ly/Dre6qkNl

- EURO ilə göstərilən tariflər AR Mərkəzi Bankının günə uyğun AZN məzənnəsi ilə təklif olunur.