“PAŞA Sığorta” əməkdaşları “Bakı Marafonu 2026”da fəal iştirak ediblər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan doqquzuncu “Bakı Marafonu 2026” uğurla baş tutub. Bu il “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafon ilk dəfə olaraq tam 42 km məsafədə keçirilib və geniş iştirakçı kütləsini bir araya gətirib. Azərbaycanla yanaşı ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən ümumilikdə 25 minə yaxın iştirakçı marafona qoşulub.
“PAŞA Sığorta” əməkdaşları da bu marafonda fəal iştirak edərək sağlam və aktiv həyat tərzini dəstəklədiklərini nümayiş etdiriblər. Şirkət bu cür təşəbbüslərin cəmiyyətdə pozitiv dəyərlərin formalaşmasına töhfə verdiyini vurğulayır. “PAŞA Sığorta” gələcəkdə də sosial və idman yönümlü layihələrdə iştirakını davam etdirməyi planlaşdırır.
