PAŞA Sığorta 33 368 AZN zərəri ödədi!

Müştəriyönümlü xidmət standartları ilə seçilən PAŞA Sığorta baş vermiş qəza hadisəsi ilə bağlı Tam KASKO sığortalı müştərisinə 33 368 AZN məbləğində ödənişini həyata keçirib.
Hadisə zamanı sığortalıya məxsus nəqliyyat vasitəsini idarə edən sürücü idarəetməni itirərək hasara və yol kənarındakı maneəyə çırpılıb, nəticədə avtomobil aşıb və məhvə uğrayıb.
PAŞA Sığortada göstərilən sığorta xidmətləri müştərilərin qəfil və gözlənilməz hallarda maliyyə yükünü minimuma endirməyə, onların rahatlığını təmin etməyə yönəlib.
Qeyd edək ki, Tam KASKO sığortası avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşyalar, heyvanların hərəkəti, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı avtomobilə dəyən zərəri qarşılayır.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.“AM Best” beynəlxalq reytinq agentliyi emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
