PAŞA Sığorta 25 700 AZN zərəri ödədi!

Hər zaman müştərinin yanında olan PAŞA Sığorta şirkəti baş vermiş avtomobil qəzası hadisəsi ilə bağlı KASKO sığortalı müştərisinə 25 700 ₼ məbləğində ödəniş edib.
Hadisə zamanı sığortalı sürücü pedalların yerini səhv salaraq avtomobili divara çırpmışdır. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəymiş və sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür.
Qeyd edək ki, Tam KASKO sığortası avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşyalar, heyvanların hərəkəti, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı avtomobilə dəyən zərəri qarşılayır.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
