PAŞA Sığorta 17 610 AZN zərəri ödədi!

Müştəriyönümlü qayğısı ilə fərqlənən PAŞA Sığorta şirkəti baş vermiş avtomobil qəzası hadisəsi ilə bağlı KASKO sığortalı müştərisinə 17 610 AZN məbləğində ödəniş edib.
Hadisə zamanı sığortalı sürücü avtomobillə yolda hərəkət edərkən, ara məsafəsini gözləməməsi səbəbindən qarşıdakı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində müştərinin avtomobilinə böyük məbləğdə zərər dəymişdir.
Qeyd edək ki, Tam KASKO sığortası avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşyalar, heyvanların hərəkəti, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı avtomobilə dəyən zərəri qarşılayır.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
