PAŞA Sığorta 11 242 AZN zərəri ödədi!

PAŞA Sığorta 11 242 AZN zərəri ödədi!
Dərc olunub
11 Mart 2026

PAŞA Sığorta şirkəti könüllü əmlak sığortası üzrə zərər çəkmiş müştəriyə 11 242 ₼ ödəniş edib. Qonşuluqda baş vermiş yanğın sığortalı evə keçmişdir. Müştərinin evinə dəyən zərər obyektiv qiymətləndirilərək, müvafiq ödəniş həyata keçirilmişdir.

Qeyd edək ki, PAŞA Sığorta şirkəti əmlak sığortası ilə bağlı İcbari Ev Sığortası, “Yaşıl Azərbaycan”, “Yuvam”, “Yaxın qonşu”, “EVrika”, “Ev əşyalarının sığortası” xidmətlərini həyata keçirir və yanğın, ildırım, qısa qapanma, təbii fəlakət və s. kimi risklərə qarşı sığorta təminatı verir. Könüllü ev sığortası üçün minimal aylıq ödəniş 4 ₼-dan başlayır, sığorta təminatı isə 200 000 ₼-a qədər ola bilər. İcbari ev sığortası üzrə isə illik sığorta haqqı Bakı şəhəri üzrə 50 ₼, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 40 ₼, qalan regionlar üçün isə 30 ₼ təşkil edir. Sığorta təminatı isə sığorta haqlarına müvafiq olaraq 25 000 ₼, 20 000 ₼ və 15 000 ₼ olaraq müəyyən olunur.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.