Masallı rayonu Köhnə Alvadı kəndindəki evdə baş verən yanğının zərərini qarşıladıq

Dərc olunub
03 Sentyabr 2026
Elektrik sistemində yaranmış qısaqapanma nəticəsində yaşayış evində yanğın çıxmışdır. Hadisə Masallı rayonu Köhnə Alvadı kəndindəki evdə baş vermişdir. Yanğın nəticəsində evin birinci mərtəbəsi tamamilə yanaraq, yaşayış evinə və burada yerləşən əmlaka ciddi ziyan vurmuşdur.
Hadisədən sonra müvafiq araşdırma və qiymətləndirmə işləri aparılmış və dəymiş zərər 10 200 ₼ məbləğində qarşılanmışdır. Ödənişdən sonra müştəri məmnuniyyəti sosial şəbəkə platformasında müstəqil olaraq paylaşılaraq xoş təəssürat yaratmışdır.
“PAŞA Sığorta” müştərilərinin qarşılaşdığı gözlənilməz hadisələr zamanı daim onların yanındadır.
