Marsol Group nümayəndələri PAŞA Sığortanın ofisində qonaq oldular

31 iyul tarixində Marsol Group tərəfdaşlarını ofisimizdə qonaq etdik. Görüş zamanı qonaqlar şirkətimizin fəaliyyəti, tətbiq etdiyimiz innovativ həllər və xidmətlər barədə ətraflı məlumat əldə etdilər.
Korporativ Satış Departamentinin rəhbəri Lamiə Topçiyeva, Korporativ Sığorta sektorunun rəhbəri Vadim Məmmədov və Korporativ Biznes Sahəsinin rəhbəri Azər Dadaşov təqdimatla çıxış edərək sualları cavablandırdılar.
Ziyarət çərçivəsində tərəfdaşlarımız ofisimizlə tanış oldular.
Qeyd edək ki, PAŞA Sığorta 2006-cı ildən fəaliyyət göstərərək Azərbaycanın qeyri-həyat sığorta bazarında aparıcı mövqedədir. Şirkətimiz hazırda 50 milyon manat nizamnamə kapitalı və 700,000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta xidməti təqdim edir. “S&P Global Ratings” qlobal reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB+” səviyyəsində, reytinq üzrə proqnozun üzrə “Sabit”ə keçdiyini təsdiqləyib. “PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
