Gürcüstanda xəsarət almış şəxsə 3,425 ₼ sığorta ödənişi etdik

Gürcüstanda xəsarət almış şəxsə 3,425 ₼ sığorta ödənişi etdik
Dərc olunub
06 Avqust 2026

Gürcüstanda baş vermiş xoşagəlməz hadisəyə görə müştərimizin tibbi xərclərini ödədik. Belə ki, sığortalı müştərimiz Gürcüstanda olarkən yıxılma nəticəsində yaranmış kəskin ayaq ağrısı şikayəti ilə təcili yardım şöbəsinə müraciət etmişdir. Aparılan müayinələr nəticəsində sol bud sümüyünün sınığı müəyyən edilmiş və cərrahi əməliyyat icra edilmişdir. Bu hadisə üzrə 3,425 ₼ məbləğində tibbi xərcləri qarşıladıq.

Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən şəxslər üçün səyahət sığortası mütləqdir. “PAŞA Sığorta” şirkətində səyahət sığortasını heç bir ofisə getmədən, cəmi 2-3 dəqiqə ərzində ONLAYN şəkildə almaq olar. Səyahət sığortası yalnız tələb deyil, həm də xaricdə yarana biləcək gözlənilməz tibbi xərcləri qarşılayan əhəmiyyətli dəstəkdir.