Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinq və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan «Sirli Bakı» layihəsinin başlıca məqsədi paytaxt Bakıda olan tarixi abidələr barədə yerli əhali və şəhərin qonaqlarını məlumatlandıraraq onların şəhərin tarixi barədə maariflənməsinə dəstək olmaqdır.
Layihəyə əsasən, artıq paytaxtda yerləşən 40-dək tarixi obyekt qarşısında xüsusi stendlər quraşdırılıb. Həmin stendlərə yaxınlaşaraq smartfon cihazlar vasitəsilə tarixi obyektlər barədə virtual şəkildə interaktiv məlumat əldə etmək mümkündür. Belə ki, bunun üçün layihə çərçivəsində «Sirli Bakı» mobil tətbiqi tərtib edilib. Tətbiqi smartfon cihazlarına yükləyərək xüsusi hazırlanmış «Artırılmış Reallıq» texnologiyası vasitəsilə smartfonun kamerasını obyektlərin yanında yerləşdirilmiş stendlərin üzərindəki markerə tərəf tutmaq gərəkdir. Beləliklə, istifadəçilər həmin tətbiqdə tarixi obyektlərə dair mətn, foto, həmçinin video formatlı məlumatlar əldə edə bilərlər.
Tətbiqdə həmçinin tanınmış bələdçi və tarixçi Fuad Axundovun səsinin müşayiəti ilə tarixi abidələrin şəkillərindən ibarət slayd şou təqdim olunur. Tətbiqdən istifadəni rahatlaşdıran daha bir üstün cəhət burada cari məkandan növbəti abidəyə kimi istiqaməti/marşrutu xəritədə görmə imkanının mövcud olmasıdır.
Azərbaycan, rus və ingilis dillərində çalışan «Sirli Bakı» mobil tətbiqi həm iOS, həm də Android platformaları üçün nəzərdə tutulub. Layihə barədə ətraflı məlumat üçün: https://pasha-insurance.az/sirlibaki/indexaz.html
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Növbəti xəbər
Ad günü olanlara PAŞA Sığortadan xüsusi təklif!