Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Qışın gəlişi ilə avtomobil qəzalarının sayı artır. Bu səbəbdən, ehtiyat tədbirlərini daha da artırmaq lazımdır. Bunu nəzərə alan PAŞA Sığorta KASKO könüllü avtomobil sığortası üzrə “Yeni ilə KASKO ilə” adlı kampaniya elan edir. Yeni ildə gözlənilməz avtomobil xərclərindən sığortalanmaq istəyən müştəriləri PAŞA Sığortadan xüsusi təkliflər gözləyir.
Kampaniya müddətində PAŞA Sığortadan 500 AZN və daha yüksək məbləğli Tam KASKO sığortası əldə edən müştərilər müxtəlif növ hədiyyə kartları və ya endirimlərdən faydalanacaq. Sığorta haqqı 500-2500 AZN aralığında olan müştərilər 100 AZN dəyərində, 2500 AZN və daha yüksək sığorta haqqına malik olan müştərilər isə 200 AZN nominallı hədiyyə kartı və ya endirim qazanacaq. Kampaniya 31 yanvar tarixinə qədər davam edəcək. Hədiyyələrə Azpetrol yanacaq, Bravo və Maxi.az mağazalarından alış-veriş və PAŞA Bank Miles&Smiles kartları daxildir.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/2ER80C6 keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək qiymət təklifi əldə etmək mümkündür.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Növbəti xəbər
PAŞA Sığortadan 140 AZN-dək hədiyyə qazandıran “Yeni ildə sağlam qal!” kampaniyası!