*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
19 Aprel 2023

PAŞA Sığorta və Bakı Ali Neft Məktəbi arasında memorandum imzalandı!

Ölkəmizdə gənclərin təhsilinə, gələcək inkişafına və insan kapitalına göstərdiyi diqqətə görə fərqlənən PAŞA sığorta şirkəti bu istiqamətdəki addımlarını davam etdirir.

Ölkənin nüfuzlu təhsil müəssisələrindən olan Bakı Ali Neft Məktəbi və qeyri-həyat sığorta bazarının lider şirkəti hesab edilən PAŞA Sığorta arasında 11 aprel 2023-ci il tarixində birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumun şərtlərinə, əsasən, şirkət və universitet tələbələrin təhsil və karyera inkişafı üzrə bir neçə istiqamətdə əməkdaşlıq edəcək. Bu istiqamətlər arasında tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, Universitetin kontingenti üçün PAŞA Sığorta tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, şirkətin əməkdaşlarının Universitetdə qonaq çıxışçı qismində çıxış etməsi, Universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi və bu kimi digər layihələr mövcuddur.

Memorandum Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova tərəfindən imzalanıb. İmza mərasimində universitetin tələbələri ilə yanaşı, müəllim heyəti də iştirak edib.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı!