*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
17 Mart 2023

PAŞA Sığorta minimal qiymətlərlə yeni “Kompakt” könüllü sağlamlıq sığortası məhsulunu təqdim edir!

Fərdi şəxslər üçün nəzərdə tutulan yeni tibbi sığorta məhsulu “Alfa”, “Beta” və “Qamma” adlı 3 paketdən ibarətdir. Müştərilər “Alfa” paketi üzrə illik 100 AZN sığorta haqqı ödəməklə 1000 AZN, “Beta” paketi üzrə 200 AZN sığorta haqqı ödəməklə 2000 AZN, “Qamma” paketi üzrə isə 300 AZN sığorta haqqı ödəməklə 3000 AZN tibbi sığorta təminatı əldə edə bilərlər.

“Dəyərli sağlamlığın üçün sərfəli yatırım” şüarı ilə təqdim olunan tibbi sığorta məhsulunu əldə edən müştərilər təcili tibbi yardım, təcili tibbi daşınma və evakuasiya, təcili vaksinasiya, təcili və planlı stomatoloji yardım, stasionar və ambulator-poliklinik müalicə, stasionar müalicə zamanı dərman vasitələri ilə təminat və bu kimi digər tibbi xidmətlərdən faydalana biləcək.

Qeyd edək ki, könüllü tibbi sığorta paketini “BirKart” və “Tamkart” vasitəsi ilə 12 ayadək hissəvi ödəniş ilə əldə etmək imkanınız da mövcuddur.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığortadan Mercedes- Benz həvəskarlarına özəl Tam KASKO kampaniyası!