*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
10 Noyabr 2022

PAŞA Sığorta korporativ tərəfdaşları üçün “Liderlik yolunda birgə addımlayaq” adlı tədbir həyata keçirib.


PAŞA Sığortanın təşəbbüsü ilə “Liderlik yolunda birgə addımlayaq” adlı tədbir həyata keçirilib. Şirkətin korporativ müştəriləri və tərəfdaşları üçün nəzərdə tutulmuş tədbir çərçivəsində Türkiyədən dəvət olunmuş spiker Onur Tuğman çıxış edərək uğurlu liderlik yolu haqqında tərəfdaşlarımıza təlim keçib. Həmçinin tədbirdə PAŞA Sığorta İnsan Resursları və Daxili Kommunikasiya departamentinin rəhbəri Asif Sadıqov da çıxış etmiş, korporativ mühitdə işçi və rəhbər münasibətləri, əməkdaşları motivasiya etməyin yolları haqqında ətraflı məlumat vermişdir.
Tədbirin videosunu izləmək üçün keçid : https://youtu.be/vDnpCIR5UHE

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

Yaşıl Bakı əmlak sığortası məhsulu üzrə “Yaşıl Bakı üçün əl-ələ” adlı KSM layihəsi həyata keçirilib!