“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Dərc olunub
03 Noyabr 2026

Səhmdarların nəzərinə!

27 noyabr 2026-cı il tarixində “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 (“Sahil Plaza” biznes mərkəzi) ünvanında yerləşən inzibati binasında, saat 12:00-da baş tutacaqdır.

Yığıncağın gündəliyinə Cəmiyyətin strateji baxış və missiya bəyanıtının razılaşdırılması, həmçinin strateji planın təqdimatı daxil edilmişdir. Gündəlikdə nəzərdə tutulmuş məsələ ilə bağlı materiallar səhmdarların elektron poçt ünvanlarına göndəriləcəkdir.

Yaranan əlavə suallarla əlaqədar olaraq [email protected] elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.

“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək