Nəqliyyat hadisələri üzrə 11 milyon manata yaxın zərəri ödədik

Nəqliyyat hadisələri üzrə 11 milyon manata yaxın zərəri ödədik
Dərc olunub
01 Oktyabr 2026

“PAŞA Sığorta” olaraq 2026-cı ilin avqust ayında icbari və KASKO avtomobil sığortası üzrə müştərilərimizə 10.072.958 ₼ məbləğində sığorta ödənişi etmişik. Bu göstərici iyul ayı ilə müqayisədə 1.037.512 ₼ və ya 11%-dən çox artım deməkdir. İyul ayında avtomobil sığortası üzrə ödənişlərin ümumi məbləği 9.035.446 ₼ təşkil edib.

Bu rəqəmlər qəza və digər gözlənilməz hadisələr nəticəsində avtomobil sahiblərinin qarşılaşa biləcəyi maliyyə yükünün miqyasını göstərir. Sığortanın əsas əhəmiyyəti də məhz belə məqamlarda ortaya çıxır: hadisənin qarşısını almaq mümkün olmasa da, yaranan zərərin maliyyə nəticələrini azaltmaq mümkündür.

Avtomobil sahiblərinə ehtiyaclarına uyğun KASKO sığortası almaq tövsiyə edilir. İcbari sığorta əsasən üçüncü şəxslərə vurulan zərərləri əhatə etdiyi halda, KASKO avtomobil sahibinin öz avtomobilinə dəyən zərərin qarşılanmasına imkan yaradır.

PAŞA Sığorta üçün əsas öhdəlik hadisə baş verdikdə müştərinin yanında olmaq və müqavilə üzrə nəzərdə tutulan sığorta təminatını təmin etməkdir.