KASKO müştərilərimizin 252.400 ₼-lıq zərərini ödədik

KASKO müştərilərimizin 252.400 ₼-lıq zərərini ödədik
Dərc olunub
05 Noyabr 2026

“PAŞA Sığorta” KASKO sığorta hadisələri üzrə növbəti dəfə yüksək ödənişlərlə fərqlənib. Bu günlərdə müştərilərinə ümumilikdə 252.400 ₼ ödəniş həyata keçirib. Ödənişlərdən ən yüksək məbləğ yük maşınının aşması nəticəsində yaranan zərərin qarşılanmasına yönəldilib. Hadisə zamanı beton pompası işləyərkən avtomobilin dayandığı ərazidə torpaq çöküb və ağır texnika aşıb. Nəticədə avtomobilin ramasına, beton ötürmə sisteminə və kabinəsinə ciddi ziyan dəyib. Dəymiş zərərə görə 160.000 ₼ sığorta ödənişi edilib.

Digər hadisədə sürücü idarəetməni itirərək avtomobili divara və dəmir arakəsmələrə çırpıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb və müştəriyə 47.400 ₼ (sığorta ödənişi) ödənilib.

Üçüncü hadisə zamanı isə hərəkətdə olan avtomobilin qarşısına başqa nəqliyyat vasitəsi çıxıb. Sürücü idarəetməni itirərək kanala aşıb. Bu hadisə üzrə müştəriyə 45.000 ₼ sığorta ödənişi edilib.

Bu hadisələr avtomobil idarəçiliyində gözlənilməz risklərin ciddi maliyyə itkisi ilə nəticələnə biləcəyini göstərir. KASKO sığortası isə müqavilə şərtləri çərçivəsində belə zərərlərin maliyyə yükünü azaltmağa kömək edir.

KASKO müştərilərimizin 252.400 ₼-lıq zərərini ödədik