Ümumi məlumat
İnşaat-montaj sığortası tikinti ilə hər hansı bağlılığı olan tərəfləri qəfil və gözlənilməz hadisələrin nəticələrindən qoruyan alətdir. Tikintiyə hər hansı şəkildə əlaqəsi olan tərəf bu sığorta növünü ala bilər.
- Podratçılar
- Tikilinin alıcısı və ya sahibkar
- Tikinti layihəsini maliyyələşdirən şəxs
- Tikinti ilə əlaqədar işlərin aparılması ilə bağlı vəzifələndirilən şəxslər və subpodratçılar
Sığortalana bilən predmetlər
- tikinti işlərinin sığortası;
- montaj işlərinin sığortası;
- tikinti texnikasının sığortası;
- tikinti meydançası avadanlığının sığortası;
- işəsalmadan sonrakı zəmanət öhdəliklərinin sığortalanması;
- tikinti-montaj işləri görülərkən üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortalanması.
