Avtonəqliyyat sığortası
PAŞA Sığorta şirkəti korporativ müştərilərinə avtonəqliyyat sığortası çərçivəsində zədələnmə, məhv olma, qaçırılma və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.

Ümumi məlumat

Avtomobillərin tam sığortasına 3 bölmə daxildir

Bölmə 1. Avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması (KASKO)

Bu bölmə avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət kimi riskləri özündə ehtiva edir.

Bölmə 2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət

Bu bölmə sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə vurulmuş maddi və bədən xəsarətinə görə zərərin əvəzinin ödənilməsini əhatə edir.

Bölmə 3. Sürücü və sərnişinlərin fərdi qəza sığortası

Sürücü və sərnişinlərin fərdi qəza sığortası Bölmə 1 üzrə sığorta təminatı verilən risklərdən baş verən hadisələr nəticəsində sığorta olunanların ölüm, əmək qabiliyyətlərini tam və ya qismən itirmələri və xəsarət almaları risklərini əhatə edir.


Risklər
Toqquşma
Yanğın
Oğurluq və soyğunçuluq
Partlayış
Avtonəqliyyat hadisəsi
Digər şəxsin hərəkəti

Ən yüksək sığorta ödənişi

98 904 AZN

Yanğın hadisəsi nəticəsində avtomobil yararsız hala düşmüşdür.

Avtonəqliyyat sığortası