İdarə Heyətinin sədri / Baş İcraçı Direktor
Niyaz Rövşən oğlu İsmayılov
Niyaz Rövşən oğlu İsmayılov

Niyaz İsmayılov ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pilləsi üzrə başa vurub. 2013-cü ildə ABŞ-ın “Harvard Business School” nəzdində “High Potentials Leadership” proqramını, Böyük Britaniyanın “London Business School” nəzdində “Executing Strategy for Result” və “Leading Change and Growth” proqramlarını bitirmişdir.


2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib, 2009-2010-cu illərdə həmin şirkətdə anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib.


N.İsmayılov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 2016-cı ilin yanvar ayında isə İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub.


N.İsmayılov 2017-2025-ci illər arasında “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çaılışıb. 2025-ci il 11 iyun tarixindən etibarən "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri/Baş icraçı direktoru vəzifəsini icra edir.