Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PASHA Sığorta adlı bu mobil tətbiqetmə, yalnız sizin şəxsi istifadəniz üçün təqdim olunur və “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti üçün hər hansı bir qanuni və ya müqavilə öhdəliyi yaratmır.
Mobil tətbiqetməyə çıxış əldə etməyə və onun vasitəsilə təklif edilən xidmətlərdən istifadəyə müəyyən şəxslər və ya müəyyən ölkələr üçün məhdudiyyətlər tətbiq edilə bilər. Şəxsə vətəndaşı olduğu ölkənin qanunları və ya başqa bir ölkənin tabe olduğu qanunları ilə, təklif edilən xidmətlərdən istifadə qadağan olunduğu təqdirdə, “PAŞA Sığorta” ASC belə şəxslərə xidmət göstərməyəcəkdir. Lakin, hüquqi və maliyyə vəziyyətlərinin Mobil tətbiqetmə vasitəsilə təklif edilən xidmətlərdən istifadə etməyə uyğun olub-olmadığını əvvəlcədən müəyyən etmək həmin şəxslərin öz vəzifəsidir.
PAŞA Sığorta əvvəlcədən xəbərdar etmədən bu Razılaşmanın mətnində və Mobil tətbiqetmədə dəyişiklik etmək, əlavə etmək, məhdudlaşdırmaq, müvəqqəti və ya həmişəlik dayandırma kimi hərəkətlər edə bilər. Bu ümumi istifadə şərtləri, istifadəçinin aşağıda qeyd olunan hərəkətlərinə icazə verən şərtləri müəyyən edir:
Qeydiyyat : İstifadəçi Mobil tətbiqetməni əldə etdikdən sonra qeydiyyatdan keçməklə şəxsi hesab yaradır. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin FİN-i və şəxsi mobil nömrəsi daxil edilməlidir. Daxili etdiyi mobil nömrəyə göndərilən təsdiq mesajı şəxsi və gizli şifrədən ibarətdir. Həmin şifrənin gizliliyi ilə əlaqədar bütün məsuliyyət İstifadəçiyə aiddir.
Razılaşmanın şərtlərinə uyğun olaraq, İstifadəçinin Mobil tətbiqetmədə aktiv hesabı varsa, PAŞA Sığorta bununla İstifadəçiyə tətbiqetməyə daxil olmaq və istifadə etmək hüququ verir. İstifadəçi Mobil tətbiqetmədən istifadə etdiyi avadanlıqların və şəxsi hesabına giriş şifrələrinin təhlükəsizliyini qorumaq üçün məsuliyyət daşıyır və Onlardan icazəsiz istifadənin qarşısını almaq üçün ağlabatan üsullardan istifadə etməyi öhdəsinə götürür. Rastlaşdığı hər hansı bir icazəsiz istifadə barədə dərhal PAŞA Sığortaya məlumat verməlidir.
Mobil tətbiqetmədən istifadə ödənişsizdir.
Telekomunikasiya şəbəkəsindən istifadə ilə əlaqədar xərclər mobil istifadəçi tərəfindən, öz provayderinin müəyyən etdiyi qaydada ödənilir.
Telekomunikasiya xidmətini təmin edən provayderin tələb etdiyi xərcləri ödəmək İstifadəçinin öhdəliyidir.
PAŞA Sığorta, Mobil tətbiqetməyə çıxışı qeyri-mümkün edən telefon, informatik və ya proqram mühiti və ya internet rabitəsinin olmaması və ya uyğunsuzluğu nəticəsində yarana biləcək ziyana görə məsuliyyət daşımır.
İstifadəçi Mobil tətbiqetmədən istifadə etdiyi zaman PAŞA sığortanın veb serveri avtomatik olaraq aşağıdakı təfərrüatları qeyd edir:
Buradan əldə edilən şəxsi datalar aşağıda qeyd edilən,lakin bunlarla məhdudlaşmayan məqsədlər üçün istifadə edilə bilər:
Şəxsi datalar yuxarıda göstərilən məqsədlərə uyğun olaraq istifadə edilməsi PAŞA Sığorta tərəfindən təmin ediləcək.
Xüsusi hallarda, şəxsi datalar paylaşıla bilər:
Hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək üçün, o cümlədən İstifadəçiyə təqdim edilən sığorta məhsulu və ya xidmətdən şikayət edildiyi təqdirdə müvafiq nəzarətedici orqanla.
Bu Razılaşmada müəyyən edilmiş müddəalar Mobil tətbiqetmənin İstifadəçi tərəfindən ilk dəfə istifadə edildiyi andan başlayaraq Mobil tətbiqetmədən istifadəsini tam dayandırdığı anadək onun üçün məcburidir.
PAŞA Sığorta, istənilən zaman əvvəlcədən xəbər verməməklə İstifadəçinin Mobil tətbiqetmədən istifadəsini məhdudlaşdıra və yaradılmış hesabı bağlaya bilər.
Bütün elementləri ilə birlikdə vahid bir sistem olan bu Mobil tətbiqetmədəki səhifələr, datalar, görünən mətnlər, informasiyalar, dizayn, markalar və/ və ya loqolar PAŞA Sığortaya məxsusdur və Onun icazəsi olmadan hər hansı bir əməliyyatla və ya hər hansı digər vasitə ilə qismən və ya tamamilə çoxaldılması, yeniden emal edilməsi qadağandır və müəllif hüquqlarının pozulmasına səbəb olur.
İstifadəçilərin aşağıdakıları vəzifələri var:
PAŞA Sığorta, istənilən zaman və əvvəlcədən xəbərdar etmədən bu Razılaşmanın müddəalarına əlavələr etmək, onları dəyişdirmək və ya çıxarmaq hüququ özundə saxlayır.
PAŞA Sığorta, Mobil tətbiqetmədə əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək. Lakin, PAŞA Sığorta, İstifadəçi tərəfindən Mobil tətbiqetməyə daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermir.
PAŞA Sığorta, öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, Mobil tətbiqetmənin istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.
PAŞA Sığorta fors-major hallarda və ya öz nəzarət imkanlarından məhrum olduğu istisna vəziyyətlərdə İstifadəçinin şəxsi hesabına təsir edə biləcək nəticələrə görə məsuliyyət daşımır.
İstifadəçi öz hərəkət və ya hərəkətsizliyinin və bunların nəticələrinin məsuliyyətini bütövlükdə öz üzərinə götürür. PAŞA Sığorta İstifadəçinin hərəkət və ya hərəkətsizliyindən və bunların nəticələrindən ötrü məsuliyyət daşıya bilməz.
İstifadəçi Mobil tətbiqetmədəki məlumat və kontentlərin yanlış və ya xətalı olmasından qaynaqlanan heç bir zərərə görə PAŞA Sığortanın məsuliyyət daşımadığını qəbul və bəyan edir.
İstifadəçi: Mobil tətbiqetməni istifadə edərkən, məhsul və ya xidmətdən faydalanakən, hər hansı bir əməliyyat apararkən hazırkı Razılaşmaya və qanunvericiliyə uyğun hərəkət edəcəyini, əks təqdirdə yarana biləcək birbaşa və ya dolayı hər cür zərərə görə məsuliyyət daşıdığını, belə olan halda PAŞA Sığorta üçün yarana biləcək hər cür zərəri dərhal kompensasiya edəcəyini qəbul və bəyan edir.
Siz mobil qurğu və ya əməliyyat sisteminin satıcısı tərəfindən dəstəklənən və ya zəmanət verilən konfiqurasiyalardan kənarda modifikasiya olunmuş qurğuda və ya əməliyyat sistemində bu tətbiqi proqramdan istifadə etməməlisiniz. Bura “kodu qırılmış” (jail-broken) və ya “dəyişdirilmiş” (rooted) qurğular daxildir. Bu tətbiqi proqram daxilində təhlükəsizlik proqramı sizin qurğunuzun kodunun qırılması və ya dəyişdirilməsini aşkar edə bilər və əgər PAŞA Sığorta buna baxmayaraq sizə bu tətbiqi proqramı təqdim etməkdə davam edərsə, bu zaman bu bu və ya başqa bəndə əsasən PAŞA Sığortanın hüquq və ya hüquqi tədbirləri və sizin öhdəliklərinizdən imtinanı təşkil etməyəcəkdir. Bu Müqavilənin məqsədləri üçün, kodu qırılmış və ya dəyişdirilmiş qurğu o qurğulara deyilir ki, sizin mobil xidmət provayderiniz və ya telefon istehsalçısının təsdiqi olmadan onlar tərəfindən qoyulmuş məhdudiyyətlərdən azad edilmişdir.
Qanunla müəyyən edilmiş həddə, PAŞA Sığorta və onun qanuni təmsilçisi, işçiləri və agentləri heç bir halda İstifadəçinin komputerinə və ya Mobil tətbiqetmədən istifadəsinə edilmiş kiber hücum, müdaxilə və ya digər icazəsiz giriş nəticəsində vurulmuş istənilən ziyan, zərər, itki və ya xəsarətə görə məsuliyyət daşımayacaqdır.
İstifadəçilər qeyri-qanuni, alçaldıcı, nalayiq və ya təhdidedici məqsədlər üçün proqramdan istifadə edə bilməz.
Siz mövcud olduğu halda bu proqram və qurğunuz üçün hər hansı təhlükəsizlik yeniləməsi və ya proqram əlavəsinin quraşdırılmasına razılıq verirsiniz.
İstifadəçilər aşağıdakılardan irəli gələn bütün iddialar, zərərlər və xərclər üçün məsuliyyət daşıyır:
PAŞA Sığorta bu Müqavilənin müddəalarına istənilən zaman birtərəfli qaydada dəyişiklik edə bilər (bu tətbiqi proqram daxilində bildiriş vasitəsilə sizə bildiriş verəcəkdir).
Əgər PAŞA Sığorta bu Müqaviləyə dəyişiklik etmək istədiyi barədə sizə bildiriş verərsə, siz bu Müqavilənin 10-cu bəndə uyğun olaraq proqramı silərək həmin dəyişiklik qüvvəyə minməmişdən əvvəl bu Müqaviləyə xitam verə bilərsiniz. Əgər siz müvafiq bildiriş müddəti başa çatdıqdan sonra bu tətbiqi proqramdan istifadə etməyə davam etsəniz, bu zaman PAŞA Sığorta hesab edir ki, siz dəyişikliyi qəbul etmisiniz və müvafiq dəyişiklik avtomatik olaraq qüvvəyə minəcəkdir.
PAŞA Sığorta əvvəlcədən bildiriş vermədən kukilər və oxşar texnologiyalar ilə əlaqəli bölmə daxil olmaqla Məxfilik və Məlumatların Qorunması barədə Bəyanata dəyişiklik edə bilər. İstənilən dəyişiklik edildikdə siz növbəti dəfə proqramı işə saldığınız zaman sizin diqqətinizə çatdırılacaqdır və sizdən bu dəyişiklikləri qəbul etməyiniz xahiş ediləcəkdir.
PAŞA Sığorta aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda dərhal bu Müqaviləyə xitam edə bilər:
Əgər İstifadəçi bu Müqavilənin müddəalarını ciddi şəkildə və ya ardıcıl olaraq pozarsa və ya PAŞA Sığortanın aşağıdakıların biri və ya bir neçəsi barədə şübhəsi olarsa:
İstifadəçilərin təhlükəsizlik barədə məlumatları təhlükəsiz şəkildə saxlanmamışdır;
PAŞA Sığorta ya Müqavilənin icrasını davam etdirərək bunun qüvvədə olan qanun, əsasnamə, qayda, məcəllə, məhkəmə qərarı və ya digər vəzifənin pozulması riski daşıdığını və ya PAŞA Sığortaya istənilən hökumət, tənzimləyici və ya hüquq mühafizə orqanı tərəfindən tədbir və ya qadağa tətbiq edildiyini hesab edir;
PAŞA Sığorta bu maddəyə uyğun olaraq bu Müqaviləyə xitam verdiyi barədə sizə bildiriş verəcəkdir. Bura SMS vasitəsilə bildiriş, siz proqrama daxil olan zaman mesaj, poçt, e-mail, təhlükəsiz e-mesaj, istifadəçinin bəyanatı barədə mesaj və ya sizə göndəriləcək digər şəkildə bildiriş daxil edilə bilər.
PAŞA Sığorta sizə ən azı bir ay əvvəlcədən bildiriş verərək hər hansı digər səbəbdən bu Müqaviləyə xitam verə bilər.
Siz öz mobil qurğunuzdan proqramı silərək istənilən zaman bu Müqaviləyə xitam verə bilərsiniz.
Hər hansı səbəbdən bu Müqavilə ilə sizə təmin olunan lisenziyaya və ya bu Müqaviləyə xitam verildiyi halda bu Müqavilə ilə əldə etdiyiniz bütün hüquqlara xitam verilir və siz:
Siz proqramı öz mobil qurğunuzdan silməli;
Siz mobil qurğunuzu dəyişsəniz və ya başqasına versəniz öz mobil qurğunuzdan proqramı silməlisiniz.
Tətbiqi proqram təhlükəsizliyə yardım göstərmək, bizim sistemlərimizə qoşulmanı təmin etmək, bizim tətbiqi proqramın necə istifadə olunmasını müşahidə etməmizə imkan yaratmaq və sizin üstünlüklərinizi saxlamaq (məsələn, daxil olma məlumatlarının yadda saxlanılması) üçün proqram təminatı vasitələrini sizin qurğuda saxlayır (bunlar 'kukilər' adlanır).
Siz PAŞA Sığortanın və etibar edilən tərəfdaşların kukilərdən necə istifadə etmələri barədə daha çox məlumat əldə etmək üçün bu bəyanatı oxumalısınız. Bu tətbiqi proqramı quraşdıraraq və istifadə edərək, siz PAŞA Sığortanın məlumatları müəyyən edildiyi kimi sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz.
Bu Razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təfsir edilir və Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabedir.