*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla

Fərdi müştərilər üçün nəzərdə tutulan könüllü tibbi Sığorta məhsulu “Gold”, “Silver” və “Classic+” adı altında 3 paket şəklində müştərilərə təklif edilir.

“Gold” paketi üzrə sığorta haqqı 1050 AZN, sığorta təminatı 20 000 AZN;
“Silver” paketi üzrə sığorta haqqı 840 AZN, sığorta təminatı 15 000 AZN;
“Classic+” paketi üzrə sığorta haqqı 645 AZN, sığorta təminatı 10 000 AZN.


Fiziki şəxslər üçün nəzərdə tutulan könüllü tibbi sığorta məhsulunu əldə edən müştərilər hər 3 paket üzrə təcili tibbi daşınma və evakuasiya, təcili tibbi yardım, təcili vaksinasiya, təcili stomatoloji yardım, stasionar və ambulator-poliklinik müalicə, stasionar müalicə zamanı dərman vasitələri ilə təminat, fizioterapiya, müalicəvi masaj və bu kimi digər tibbi xidmətlərdən faydalana biləcək.

Qeyd edək ki, “PAŞA Sığorta”nın könüllü tibbi sığortasına sahib olan şəxslər öz ailə üzvləri üçün müxtəlif klinikalarda 20%-ə qədər endirimdən də yararlana bilər.