Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta şirkəti dəniz riskləri ilə bağlı istənilən əmlak maraqlarının sığortasını təklif edir. Bu cür obyektlər qismində gəmi, fraxt, icarə müqaviləsi, yüklərin satışından gələn gəlir, kapitan və ekipaj üzvləri üçün nəzərdə tutulan pul təzminatı və s. çıxış edə bilər.
Bu növ sığorta su nəqliyyatı vasitəsi ilə daşınan istənilən yüklərin sığortasını nəzərdə tutur. Yüklər London sığortaçıları institutu tərəfindən üç növdə tətbiq olunan standart qaydalara əsasən sığortalanırlar:
PAŞA Sığorta gəminin istismarı ilə bağlı əmlak maraqlarının sığortasını həyata keçirir. Siz gəmini istismarı, hətta onun tikintisi zamanı bütün gözlənilməz hadisələrdən sığortalaya bilərsiniz.
Bu növ sığorta gəminin istismarı zamanı üçüncü şəxslərə dəyə biləcək zərərin qarşılanması üçün tətbiq olunur. Eyni zamanda diqqətsizlik və ya təsadüf nəticəsində limandakı avadanlığa dəyən zərərə də təminat verilir.
PAŞA Sığorta diqqətinizə çatdırmaq istəyir ki, adi dəniz KARGO sığortası bu cür risklərə şamil olunmur.