*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla

Hörmətli Müştərilərimiz!


“PAŞA Sığorta ASC” olaraq Müştəri Məmnuniyyəti üzrə fəaliyyətimizin əsas istiqaməti müştərilərimizin ehtiyac və tələblərini ən qısa zaman çərçivəsində ətraflı, düzgün və dəqiq şəkildə cavablandırmaqdan ibarətdir.


Bizim məqsədimiz sadəcə xidmət göstərmək deyil, müştərini tanımaq, ehtiyaclarını anlamaq , ona uyğun xidmət və məhsullar təqdim etməkdir.


Uzunmüddətli müştəri siyasətinə istiqamətlənərək Sizlərin rahatlığınızın təminatını yüksək peşəkarlıqla qarşılamağa çalışırıq.


Bu səbəblərdən sığorta bazarında mövqeyimizi uca tutur, qabaqcıl idarəetmə sistemi və peşəkar işçi heyətimizə əsaslanaraq fəaliyyət göstərdiyimiz sahədə ən yüksək keyfiyyəti hədəfləyir, müştərilərimizin tələblərinə mükəmməl təcrübə nümayiş etdiririk.


“PAŞA Sığorta ASC” olaraq Sizləri sığortalılarımız sırasında görməkdən məmnuniyyət hissi duyuruq və bizi seçdiyiniz üçün təşəkkür edirik.


Hər hansı bir sualınız, “PAŞA Sığorta” ASC və ya onun hər hansı əməkdaşı barəsində şikayətiniz olduğu təqdirdə aşağıdaki kanallar vasitəsilə bizə məlumat verə bilərsiniz:

  • Şikayətlərə görə məsul olan vəzifəli şəxsin elektron poçt ünvanı: [email protected] (Nərminə Muradova)
  • *7000 qaynar xətt nömrəsinə yığdıqdan sonra 5 düyməsi;
  • Şikayətlər üzrə məsul şəxsin əlaqə nömrəsi: +994102561130;
  • Nəzarət orqanı tərəfindən göndərilən və ya birbaşa İdarə Heyəti, departament rəhbərlərinə ünvanlanmış istək/şikayət məktubları;
  • C[email protected];
  • Facebook/Linkedin/ www.pasha-insurance.az;
  • Əlaqə mərkəzlərinin qeydiyyat formaları;
  • Ön Masa ofislərində yerləşdirilmiş “Müştərinin səsi” qutuları.


    Müraciətlərə və şikayətlərə baxılması:Daxil olmuş müraciətlər müştərilərlə ədalətli rəftar olunması, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə Cəmiyyətimizin Direktorlar Şurası tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 30.1.3-cü maddəsinə əsasən təsdiq edilmiş təlimata və müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.

    “PAŞA Sığorta” ASC tərəfindən fiziki və hüquqi şəxslərin müraciətlərinə aşağıdakı prinsiplər əsasında baxılır:
    -qanunçuluq;
    -fiziki və hüquqi şəxslərin müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;
    -müraciətlərə dair tələblərin vahidliyi;
    -fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması;
    -müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi;
    -müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi.


    Müraciətlərin cavablandırılması aşağıdakı formalarda həyata keçirilir:

    -Rəsmi məktub - məktub və şikayət blankı formasında qəbul edilmiş müraciətlər rəsmi məktubla cavablandırılır.
    -Elektron poçt – şirkətin internet saytından daxil olan müraciətlər elektron poçt və ya telefon vasitəsilə cavablandırılır. 
    -Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə müştəriyə (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.
    -Şifahi müraciətlər yekun cavabın zəng vasitəsi ilə (müştəri ofisə yaxınlaşan hallar istisna olmaqla) təqdim olunması şirkətdaxili qayda olaraq qəbul edilir. 
    -Dövlət qurumlarından daxil olan məktublarda cavablandırılması tələb edilən müddət göstərildikdə, “PAŞA Sığorta” ASC tərəfindən həmin müddət ərzində cavablandırılma təmin edilir.