*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla

“PAŞA Sığorta” şirkəti öz müştərilərinə avtonəqliyyat vasitələrinin kompleks sığortası üzrə xidmətlər təklif edir.


Avtonəqliyyat vasitələrinin kompleks sığortası polisi aşağıdakıları əhatə edir:

  • yol-nəqliyyat hadisəsi, yanğın, partlayış, üçüncü şəxslərin hüquqazidd hərəkətləri və digər risklər nəticəsində avtomobilə dəymiş ziyanı;
  • avtomobilin qaçırılması və ya oğurlanması nəticəsində ona dəymiş ziyanı;
  • üçüncü şəxslərin əmlakına və sağlamlığına hüquqazidd formada dəymiş ziyanı;
  • bədbəxt hadisə nəticəsində sığortalanmış avtomobilin sürücüsünə və sərnişinlərinə dəymiş ziyanı;
  • yol-nəqliyyat hadisəsi zamanı alınmış zədələrin müalicəsinə çəkilmiş xərclərin ödənilməsi.

“PAŞA Sığorta” şirkətində avtomobil sığortası müştərilərə əlavə bonuslar da təklif edir:

  • KASKO polisinə ödənişsiz əlavə sürücünün daxil edilməsi imkanı;
  • avtomobilin saxlandığı yerin KASKO polisinin qiymətinə təsir göstərməməsi;
  • KASKO polisi üzrə sığorta hadisəsinin baş verməsi barədə ərizənin 24 saat ərzində qəbul edilməsi;
  • sənədlərin rəsmiləşdirilməsinə yardım etmək üçün şirkətin mütəxəssisinin yol-nəqliyyat hadisəsi baş verdiyi yerə gəlməsi;
  • sığorta hadisəsi zamanı avtomobilin pulsuz evakuasiya edilməsi;
  • sığorta ödənişinin alınması forması kimi avtomobilin təmirini həyata keçirənin hesabına köçürmə variantını seçə bilmək imkanı.

“PAŞA Sığorta” şirkətinin mütəxəssisləri tərəfindən avtomobil sığortası üzrə müqavilələrin rəsmiləşdirilməsinin çevik endirim sistemi, həmçinin hər hansı sığorta xərci edilməmiş müştərilərin mükafatlandırılması sistemi işlənib hazırlanmışdır. Sığorta mükafatının möhlətlə ödənilməsi imkanı da şirkətin müştərilərə təqdim etdiyi üstünlüklərdəndir.