*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Sığorta növünü seçin

Bağla

Müştəri məmnuniyyəti

Bağla

Səyahət zamanı

PAŞA Sığorta “Səyahət zamanı daşınmaz əmlakın sığortası” adlı yeni məhsulunu təqdim edir


Artıq müştərilər səyahətdə olan zaman PAŞA Sığorta onların rahatlıqlarına zəmanət verərək əmlaklarının təhlükəsizliyini təmin edəcək. Məhsul 3 paketdən ibarətdir: gündəlik 1, 2 və ya 3 manat sığorta haqqı ödəməklə (minimum sığorta haqqı hər paketə uyğun 5, 10, 15 manat olmaqla) müvafiq olaraq 40 000, 80 000 və 120 000 manat sığorta təminatı əldə edə bilərsiniz.


“Səyahət zamanı daşınmaz əmlakın sığortası” məhsulu əmlakı yanğın, ildırım düşməsi, partlayış; təbii fəlakətlər; oğurluq, qarət; üçüncü şəxslər tərəfindən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi; su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər; nəqliyyat vasitələrinin vurması kimi risklərdən qoruyur.


Səyahətə gedərkən əmlakınızı sığortalamaq və məhsul barədə ətraflı məlumat üçün PAŞA Sığorta şirkətinin əməkdaşlıq etdiyi səyahət agentliklərinə, PAŞA Sığortanın ofislərinə və ya *7000 sığorta məsləhətləri xəttinə müraciət edə bilərsiniz.