Gürcüstanda reanimasiyada müalicə alan müştərimizin 4,600 ₼-lıq tibbi xərclərini qarşıladıq

Gürcüstanda reanimasiyada müalicə alan müştərimizin 4,600 ₼-lıq tibbi xərclərini qarşıladıq
Dərc olunub
06 Avqust 2026

Gürcüstana səyahət etmiş müştərimiz səhhətində anidən baş vermiş narahatlıqlara görə xəstəxanaya yerləşdirilmişdir. Belə ki, Gürcüstanda olarkən nəfəsalma çətinliyi ilə xəstəxanaya müraciət edən müştəri təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilmiş və “IVL” aparatına qoşulmuşdur. Klinikada aparılan müayinələrdən sonra həmin şəxsə “naməlum mənşəli kəskin bronxit” diaqnozu qoyulmuşdur və müvafiq yardım göstərilmişdir. Müalicə nəticəsində 4,619 ₼ məbləğində yaranmış tibbi xərcləri “PAŞA Sığorta” şirkəti tam qarşılamışdır.

Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən şəxslər üçün səyahət sığortası mütləqdir. “PAŞA Sığorta” şirkətində səyahət sığortasını heç bir ofisə getmədən, cəmi 2-3 dəqiqə ərzində ONLAYN şəkildə almaq olar. Səyahət sığortası yalnız tələb deyil, həm də xaricdə yarana biləcək gözlənilməz tibbi xərcləri qarşılayan əhəmiyyətli dəstəkdir.