PAŞA Sığorta şirkəti ölkə daxili səyahətlərə çıxan hərkəs üçün 2 növ daxili səfər sığortası paketlərini təqdim edir:
1.Premium paket
2.Ekstrim paket
Premium paketə daxil olan təminatlar:
- Tibbi xidmətlər
- Təcili tibbi yardım
- Təcili tibbi daşınma və evakuasiya
- Təcili vaksinasiya
- Stasionar müalicə
- Stasionar müalicə zamanı dərman vasitələri ilə təminat
- Ambulator-poliklinik müalicə
- Ambulator-poliklinik müalicə zamanı dərman vasitələri ilə təminat
- COVID
Təcili tibbi yardım :
- 24/7 saat ambulans xidməti
- Terapevtik, cərrahi xəstəliklər və travmalar zamanı yerində operativ tibbi yardım
- İlkin müayinə və diaqnostika / initial examination and diagnostic
- ABC sistemi ilə (tənəffüs yollarının keçiriciliyinin pozulması, tənəffüs çatışmamazlığı, ürək-damar dövranın pozulmasının təxirəsalmaz ilkin bərpası) ürək-ağciyər reanimasiyası
- EKQ müayinəsi və nəticənin oxunması
- Ultrasəs müayinəsinin keçirilməsi
- Laborator ekspress testlərin aparılması və onların şərhi
- Mərkəzi və periferik venaların punksiyası və kateterizasiyası
- Venadaxili infuziya və inyeksiyaların aparılması
- Qanaxmaların dayandırılması
- Travmalar zamanı immobilizasiya
- Ağrısızlaşdırmanın bütün növləri
- Tam dərman vasitələri ilə təchizatı
- Müvafiq tibb müəssisəsinə həkim müşahidəsi ilə hospitalizasiya
- Təcili tibbi daşınma və evakuasiya (hava və su nəqliyyatı ilə daşınma istisna olmaqla) Təcili vaksinasiya quduzluğa, tetanus və s. xəstəliklərə qarşı təcili peyvəndlər
Hospitalizasiya və stasionar müalicə
- Təcili və ya planlı hospitalizasiya
- Yüksək ixtisaslı mütəxəssislər tərəfindən məsləhətləşmə və konsiliumlar İkinəfərlik palatalarda yerləşdirilmə
- Stasionar şəraitdə tələb olunan müxtəlif diaqnostik müayinələr examinations and laboratory tests:
- Angioqrafiya İnstrumental – rentgen, USM, kompyuter tomoqrafiyası, magnit-rezonans tomoqrafiyası, EKQ, ExoKQ, REQ, EEQ, endoskopik müdaxilələr, doppleroqrafiya
- Laborator – ümumi analizlər, klinik testlər, koaqulometriya, biokimyəvi testlər, hormonlar, bakteriologiya Sitoloji, histoloji təhlillər
- Cərrahi əməliyyətlar
- Ümumi cərrahiyyə
- Üz –çənə cərrahiyə
- Ginekoloji əməliyyatlar
- Neyrocərrahiyyə Travmatologiya və s. Hər növ anesteziya
- Reanimasiya və intensiv terapiya şöbəsində müalicə
- Həkim tərəfindən təyin edilmiş pəhriz əsasında xəstənin qidalanması Cərrahi əməliyyatdan sonrakı dövrdə ümumi qulluq Gündüz stasionarı
- Həkim təyinatı əsasında xəstəlik vərəqələrinin verilməsi
- Stasionar müalicə zamanı dərman vasitələri ilə təminat
Ambulator-poliklinik yardım
- Həkimə onlayn qeydiyyat;
- İxtisaslı həkimlər tərəfindən ambulator müalicə, ambulator cərrahiyə;
- Müalicə üçün tələb olunan proseduralar Ambulator şəraitdə funksional diaqnostika Angioqrafiya;
- İnstrumental – rentgen, USM, KT (kompyuter tomoqrafiyası), MRT (magnit-rezonans tomoqrafiyası), EKQ, ExoKQ, REQ, EEQ, endoskopik müdaxilələr, angioqrafiya, doppleroqrafiya;
- Laborator – ümumi analizlər, klinik testlər, koaqulometriya, biokimyəvi testlər, hormonlar, bakteriologiya ;
- Sitoloji, histoloji təhlillər;
- Xəstəxanaya yerləşdirmə üçün göndərişlərin verilməsi Müvəqqəti əmək qabiliyyətinin itirilməsi hallarının müəyyən edilməsi, bu barədə xəstəlik vərəqələrinin həkim təyinatı əsasında verilməsi;
- Zəruri reseptlərin yazılması;
- Ambulator-poliklinik müalicə zamanı dərman vasitələri ilə təminat Müalicə edən həkimin təyin etdiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş dərmanlarla pulsuz təmin olunma sığorta proqramına daxildir.
Müalicə edən həkim tərəfindən yazılan reseptlər 14 gün müddətinə etibarlı sayılır.
SIĞORTA TƏMİNATINDAN İSTİSNALAR
Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa :
- Fövqəlаdə şərаit, mühаribələr, hərbi münаqişələr, inqilаblаr, iğtişаşlаr, üsyаnlаr, təbii fəlаkətlər, nüvə pаrtlаyışı, rаdiоаktiv şüаlаnmа nəticəsində yaranan trаvmаtik zədələr və digər hallar; xroniki və kəskin şüa xəstəliyi və s.;
- Ov, alpinizm, planerizm, speleoturizm, paraşütlə tullanma, sualtı idman növləri, qış idman növləri, reqbi, polo, döyüş sənətləri, motosiklet və at yarışları, su - xizək, hər hansı idman yarışlarında və ya belə yarışlara hazırlıq məşqlərində, həmçinin həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan hər hansı digər fəaliyyətlər;
- Özünə qəsd cəhdi, qanunazidd hərəkətlər, о cümlədən, özünə qəsdən хəsarət yеtirmə nəticəsində yaranan xəstəliklər və zədələr;
- Arаyış vеrilməsi üçün prоfilаktik müаyinələr (хаricə gеtmək, işə düzəlmək, tədris müəssisələrinə dахil оlmаq, silаh dаşımаq və aidiyyatı müəssisələrə təqdim etmək üçün və s.);
- Toksikomaniya, alkoqolizm, narkomaniya və onların nəticəsində yaranan hər hansı bir halın müayinə və müalicəsi;
- Vərəm, bütün növ sistem xəstəliklər (kollagenozlar, sarkoidozlar, mukovistsidoz və s.); Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyənləşdirilmiş peşə xəstəlikləri;
- Cinsi yolla keçən və zöhrəvi xəstəliklərin (Q.I.Ç.S., Q.I.Ç yоluхmаlаrı, miкоplаzmоz, хlаmidiоz, ureaplazmoz, sitоmеqаlоvirus, hеrpеtiк infекsiyаlаr və s.) müayinəsi və müalicəsi
- Dermatoloji xəstəliklərin (papilloma, ziyil, sızanaqlar, allopesiya, seboreya, psoriaz, xloazma, vitiliqo), həmçinin kosmetoloji defektlərin müayinə və müalicəsi
- Psixoloqun, psixiatrın, psixoterapevtin, psixoanalitikin, həkim-ekstrasensin, narkoloqun və seksopatoloqun xidmətləri, psixi xəstəliklərin və ağır əsəb pozuntularının müalicəsi; epilepsiya və onun nəticəsində yaranan ağırlaşmalar
- Sığorta təminatının başlanması tarixindən sonra müəyyən edilmiş olsa da anadangəlmə və irsi patologiyalar, bədən quruluşu pozğunluqları, həmçinin onurğanın patoloji əyriliklərinin müalicəsi
- Ailə planlaması, sonsuzluğun müayinə və müalicəsi, kontrasepsiya, hamiləliyin süni dayandırılması, süni mayalanmaladan sonra hamiləliyin aparılması və doğuş, seksual pozuntular və onların nəticəsində yaranan hər hansı xəstəliklər
- Plastik və kosmetoloji müalicə/cərrahi əməliyyatlar, rekonstruktiv cərrahiyyə; burun çəpəri əyriliyinin cərrahi yolla aradan qaldırılması
- Transplantasiya, implantasiya, hər növ protezləşdirmə, bütün növ protezlər və tibbi cihazlar, süni materiallardan hazırlanmış ortopedik cərrahi və digər yardımçı vasitələr
- Görmə qabiliyyətinin pozulmasının cərrahi müalicəsi və xüsusi cihazlar vasitəsi ilə korreksiyası, bununla əlaqədar və peşə yararlığının müəyyən olunması üçün aparılan müayinələr, miopiya, presbiopiya, hipermetropiya, ametropiya və astiqmatizm kimi gözün refraksiya anomaliyalarının lazer metod ilə daxil olmaqla cərrahi müalicəsi; kontakt linzalar və eynəklər ilə təmin olunması
- Parodontitlərin müalicəsi; kosmetik stomatologiya, həmçinin diş daşlarının təmizlənməsi, dişlərin ftorla örtülməsi və dişlərin ağardılması ; ortodontik qüsurların aradan qaldırılması və diş protezlərinin qoyulması;
- Cərrahi müalicə tələb edən ürək-damar xəstəlikləri, invaziv kardiologiya; bütün növ damar çatmamazlıqları, həmçinin aşağı ətraf damarlarının varikoz genişlənməsi
- İstənilən növ bədxassəli onkoloji xəstəliklər və ya onlara keçid mərhələsi hesab edilən hallar, qanın onkoloji xəstəliklər
- Bütün növ hepatitlər və onlardan irəli gələn bütün ağırlaşmalar
- Şəkərli diabet və ondan irəli gələn bütün ağırlaşmalar (mikroangiopatiya, retinopatiya və s.)
- Xüsusi hallarda (yoluxucu və infeksion xəstəliklər, zəhərləmələr, yanıqlar və s.) ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində müayinə və müalicə
- Təhlükəli infeksiyaların müayinəsi və müalicəsi (quş qripi, donuz qripi, Ebol xəstəliyi, sarı qızdırması və s.)
- Piylənmə, maddələr mübadiləsi ilə bağlı çəki pozuntuların əlaqəli problemlər
- Menstrual siklin pozulması və digər disfunksiyalar ilə bağlı 6 (altı) aydan artıq müayinə və müalicə
- Xroniki böyrək və qaraciyər çatmamazlığı, ekstrakorporal müalicə usulları (plazmaferez, hemodializ, hemosorbsiya, ozonoterapiya, qanın ultrabənövşəyi şüalanması və s.)
- Müqavilənin qüvvədə olduğu il ərzində 90 gündən artıq stasionar müalicə; stasionar müalicə zamanı valideynlərin uşaqlarla birgə stasionarda qalması
- 40 (qırx) günə qədər yeni doğulmuş uşaqların sığortalanması
- Bütün növ reabilitasiya tədbirləri, 10 proseduradan artıq fizioterapiya, 10 proseduradan artıq masaj (təklifdə başqa hal nəzərdə tutulmayıbsa)
- Profilaktik məqsədi ilə təyin olunmuş hər hansı bir müayinə və ya dərman vasitələri; immunoloji statusun müayinəsi (immunoqramma)
- Sığorta müqaviləsi bağlanmazdan əvvəl yaranmış xəstəliklər
- Kəskinləşmə halları istisna olmaqla, xroniki xəstəliklər
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış dərman preparatları, bioaktiv qida əlavələri, homeopatik maddələr, lak.
Qeyd edək ki, Sumqayıt, Gəncə, Naxçıvan, Qəbələ, Bərdə, Xaçmaz, Mingəçevir, Qusar, Lənkəran, Tovuz bölgələrində yerləşən klinikalarda siz PAŞA Sığorta şirkətinin tibbi sığorta xidmətlərindən istifadə edə bilərsiniz.