Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta-nın müştərilərə təqdim etdiyi yeni məhsul ilə artıq Azərbaycanda sığortasız mənzil qalmayacaq.
İllik sadəcə 24 manat odəməklə müştərilər yanğın, ildırım, partlayış; təbii fəlakətlər; oğurluq, qarət; su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər kimi sığorta risklərinə qarşı 10 000 AZN məbləğində təminat əldə edə biləcəklər. Respublikamızın tektonik zonada yerləşdiyinə görə zəlzələ, yer sürüşməsi, yanğın, ildırım düşməsi və digər fəlakətlər Azərbaycanda nadir rast gələn hallar deyil, buna görə də bu kimi yüksək risklərdən hər kəs üçün dəyərli olan mənzilinin sığortalı olması çox vacibdir.
Evdən çıxanda qazı bağlamağı hər kəs unuda bilər və ya elektrik kabellərində qısa qapanma hər evdə ola bilər. Buna görə bu risklərdən sığortalanmaq üçün illik cəmi 24 manat ödəməyiniz bəs edir.