Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
25 İyun ölkəmizdə öz həyatını dərin sulara həsr etmiş fədakar Dənizçilər Günü kimi qeyd olunur. Bu münasibətlə, “PAŞA Sığorta” şirkəti dənizçilərə həsr olunmuş xüsusi kampaniya ilə özəl gündə onları sevindirmək qərarına gəlib. Belə ki, “Kasko endirimi Xəzərdə” adlı kampaniya çərçivəsində 23 iyun – 31 iyul 2021-ci il tarixləri arasında “PAŞA Sığorta”dan kasko sığortası əldə etmək istəyən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinin həmçinin, şirkətin tabeliyindəki qurumların əməkdaşları “Tam KASKO” sığortası üzrə tam 30% endirim qazanacaq. Kampaniyadan yararlanmaq üçün müraciət zamanı iş vəsiqəsi və ya iş yerindən arayış təqdim edilməlidir.
Kampaniya barədə ətraflı məlumat almaq istəyən müştərilər *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərlər. Kampaniyadan yararlanmaq üçün TAM Kasko sığortası üzrə https://bit.ly/2G0vqVy keçidi vaitəsilə onlayn müraciət etmək mümkündür. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance) yazaraq kampaniya haqqında ətraflı məlumat almaq və ya müraciət etmək imkanı da mövcuddur.
Next news
“PAŞA Sığorta” ailəniz üçün “Ailə Dostu” könüllü sağlamlıq sığortası məhsulunu təqdim edir!