*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
23 March 2020

PAŞA Sığorta müştəriləri özünütəcrid tədbirlərinə uyğun davranmağa çağırır

Ölkənin sığorta sektorunun liderlərindən olan PAŞA Sığorta şirkəti hazırda tibb müəssisələrinin xüsusi rejimdə fəaliyyət göstərdiyini nəzərə alaraq müştəriləri yalnız təxirəsalınmaz hallarla bağlı həkim qəbuluna yazılmağa və ciddi ehtiyac olmadıqda evdə qalaraq koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar preventiv tədbirlərə əməl etməyə çağırır.

Belə ki, infeksiyasının yayılma riskinin azaldılması məqsədilə beynəlxalq və yerli qurumların göstərişini əsas tutaraq PAŞA Sığorta şirkəti müştəriləri tibb müəssisələrinə planlı ziyarətləri təxirə salmağı, yalnız təcili hallarla bağlı həkim qəbulu üçün şirkətə müraciət etməyi tövsiyə edir. Bununla yanaşı, bir sıra tibb müəssisələrinin xüsusi fəaliyyət rejiminə keçməsi ilə əlaqədar müəyyən səhiyyə xidmətlərinin göstərilməsində məhdudiyyətlərin tətbiq edilmə ehtimalını nəzərə alaraq şirkət müştəriləri bu kimi halları anlayışla qarşılamağa dəvət edir.

Bununla belə, müştərilərin ehtiyac olan tibbi dəstəklə təmin edilməsi üçün PAŞA Sığorta şirkəti “Könüllü Tibbi Sığorta” proqramı çərçivəsində korporativ müştərilərə tam təmənnasız “Telesəhiyyə Xidməti” təqdim edir. Bu xidmət vasitəsilə 31 may tarixinədək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqla bağlı yaranan müxtəlif sorğuları peşəkar ailə həkimləri və həkim-pediatrlara ünvanlamaq mümkündür. Odur ki, müştərilərin təhlükəsizliyi və rahatlığı üçün təcili tibbi müdaxilə tələb edən hallar istisna olmaqla, hər hansı müraciətlə bağlı evdən çıxmadan telefon vasitəsilə ilkin peşəkar konsultasiya almaq tövsiyə olunur. Sığorta şirkətinin tərəfdaşı olan “Sphera health care AZ” tərəfindən həyata keçirilən telesəhiyyə xidməti bazar günləri istisna olmaqla hər gün 08:00-22:00, bayram günlərində isə 10:00-16:00 saatlarında fəaliyyət göstərir.

Next news

PAŞA Sığorta şirkəti bütün sığortalı müştərilər üçün dərmanların istənilən ünvana ödənişsiz çatdırılma xidmətini təklif edir!