*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
08 August 2020

PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün hissəli ödəniş planı təklif edir!

Artıq uzun müddətdir ki, ölkəmizdə və dünyanın bir çox yerində insanlar öz həyatını karantin şəraitində davam edir. Təbii ki, bu dövr özü ilə bərabər insanların gəlirlərinin azalması kimi bir çox problemləri də gətirib. Bu səbəbdən içində olduğumuz müddət ərzində insanların birdəfəlik xərclərini azaltmaq və sərfəli ödəniş imkanı təqdim etmək məqsədilə müştərilərimizə yeni ödəniş üsulu təklif edirik. Belə ki, davam etməkdə olan bu dövrdə KASKO sığortası əldə etmək üçün müraciət edəcək müştərilərimiz sığorta haqqını hissəli ödəniş planı ilə ödəmə imkanından yararlana biləcək.

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq. Müraciət edən müştəri sığorta haqqından asılı olmayaraq məbləği 10 aylıq ödəniş planı ilə ödəmək istədiyi halda PAŞA Sığorta şirkətinin təklif etdiyi “Premium” imtiyaz paketini əldə edə bilər. Bu paketi əldən edən müştərilər sığorta haqqını 10 ay müddətinə ödəmək fürsəti ilə yanaşı, paketə daxil olan ayıq sürücü, evakuator xidmətləri kimi üstünlüklərdən yararlana biləcək.


KASKO sığortasını əldə etmək, eyni zamanda hissəli ödəniş planı barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/ ) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığortadan KASKO sığortası olanlara, könüllü əmlak sığortası üzrə 20% endirim təklifi!