Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
PAŞA Sığorta şirkəti Optimal KASKO məhsulu ilə müştərilərinə ən sərfəli qiymətə kasko sığortası təklif edir. Optimal KASKO məhsulu müştərilərə 2 paketdə təklif edilir. Belə ki, hər bir müştəri öz avtomobilinin bazar dəyərindən və ona uyğun təminat məbləğindən asılı olaraq büdcəsinə uyğun sığorta paketi seçə bilər.
Müştərilər öz istəyinə uyğun seçə bildiyi “OK 500” və “OK 900” paketlərini müvafiq olaraq 500 AZN və 900 AZN sığorta haqqı ilə əldə edə bilər. Sığorta təminatı “OK 500” paketində 5000 AZN və “OK 900” paketində isə 10000 AZN təşkil edir. Optimal KASKO məhsulunun təminatlarına avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, yanğın / partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklər daxildir.Avtomobilinin istehsal müddəti 5 ili keçməyən müştərilər “OK 500” paketi üzrə 50 AZN, “OK 900” paketi üzrə 100 AZN əlavə ödəniş etməklə rəsmi təmir servisi təminatını da əldə edə bilərlər.
Məhsulu əldə edən müştərilərə məbləğdən asılı olaraq sığorta haqqını 5 aydan 10 aya qədər uzunmüddətli ödəmə imkanı da təklif edilir ki, bu da kasko sığortası alarkən ödəniş rahatlığı təmin edən əsas üstünlüklərdən biridir.
Optimal KASKO məhsulunu əldə etmək, eyni zamanda daha ətraflı məlumat üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə ( https://www.facebook.com/pasha.insurance/ ) göndərərək və ya birbaşa rəsmi saytımızdan
( https://bit.ly/Optimal_KASKO ) Optimal KASKO sığortası üçün müraciət edə bilərsiniz.
İllərin təcrübəsinə əsaslanaraq artıq güvənli sığorta şirkəti olaraq formalaşan PAŞA Sığortanın gələcək hədəfləri ona etibar edən müştərilər üçün ən optimal sığorta məhsularını təqdim etməkdir.
Next news
PAŞA Sığorta qeyri-həyat sığorta bazarında Agile yanaşmaya keçid edən ilk şirkət oldu.