*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
03 март 2023

PAŞA Sığortadan 8 Marta özəl KASKO sığortası üzrə xüsusi kampaniya!

PAŞA Sığorta 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları sevindirməyi hədəfləyən yeni kampaniya elan edir. “Xanım sürücülərə özəl 8 Mart təklifi” adlı kampaniya şərtlərinə əsasən, 3-13 mart tarixlərində Tam KASKO sığorta məhsulunu əldə edən və sığorta haqqı 500 AZN-dən yüksək olan xanım sürücülərə 100  AZN dəyərindəsığorta haqqı 2500 AZN və daha yüksək olan sürücülərə isə 200 AZN dəyərində “Beauttech” gözəllik salonları şəbəkəsi və ya “Sabina Perfumery & Cosmetics”dən hədiyyə kartı təqdim olunacaq.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/v8xgl4B keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook  (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram səhifələrinə göndərərək KASKO sığorta üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

Ülviyyə Cabbarova: “Bacarıqlarının fərqində olan qadın uğurlu qadındır.”