*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
02 Декабрь 2021

PAŞA Sığorta yeni “Yaxın Qonşu” könüllü əmlak sığortası məhsulunu təqdim edir

PAŞA Sığortanın müştərilərə təqdim etdiyi yeni məhsul ilə artıq qonşuya vurulan zərər asanlıqla aradan qalxacaq və qonşuluq münasibətləriniz  daha möhkəm olacaq.

Belə ki, illik sadəcə 15 AZN ödəməklə “Yaxın Qonşu” məhsulunu əldən edən müştərilər su borularından axan suyun, buxarın və mayelərin qonşunun evinə və ya səhhətinə vurduğu zərər kimi sığorta risklərinə qarşı 5000 AZN təminat əldə edəcəklər. Üçüncü tərəfə qarşı vurulan zərərlərə yanğın hadisəsi də daxildir.

Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

PAŞA Sığortadan Yeni ilə özəl yeni kampaniya!